Soçidə çətir mesajı… – Əliyev özünün, Paşinyan Putinin çətiri altında
Xəbər verildiyi kimi, bu gün Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşü keçirilib.
Soçidəki görüş öncəsi maraqlı anlar yaşanıb.
Belə ki, “Rus sanatoriyası”nda keçirilən görüşə hazırlqsız gələn Paşinyan yağışdan qorunmaq üçün V.Putinin çətirinin altında dayanmalı olub, İlham Əliyev isə göy rəngli çətiri ilə özünü yağışdan qoruyur.
Soçidə çəkilmiş bu şəkillər sosial şəbəkələrdə geniş müzakirə predmetinə çevrilib.
Boyca balaca, ölkəsinin qüdrəti Ermənistandan 100 dəfə böyük olan Putinin Paşinyanı öz çətirinin altına alması əsasən belə yozulur ki, Rusiya Ermənistanı öz çətirinin altına aldığını nümayiş etdirib.
Paşinyanın Putinin çətiri altına girməsi sosial şəbəkələrin ermeni seqmentində narazılıqla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri bunu “Paşinyan yenidən Rusiyaya sığındı”, “Ermənistan Rusiyadan asılı vəziyyətdə” kimi şərh ediblər.
Putinin bu hərəkətinin Qərbə mesaj olduğunu, Ermənistanın kimin himayəsində olduğunu göstərdiyi kimi fikirlər də mövcuddur.
Paşinyandan fərqli olaraq, belə vəziyyətlərə hər zaman hazırlıqlı olan İlham Əiyevin görüşə öz çətiri ilə gəlməsi Azərbaycanın növbəti dəfə bütün dünyaya müstəqil xarici siyasət yürütdüyünün sübut kimi təqdim edilib.
Eyni zamanda bunun Azərbaycan tərəfinin Rusiyaya meaj kimi təqdim edilənlər də olub: “Hər kəs özünü öz çətiri ilə qorusun və bizim öz çətirimiz var”… /azpolitika.info