Azərbaycanlı referi ilk dəfə ÇL oyununda – UEFA-dan tarixi təyinat

 

Azərbaycanın FIFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

Məlumata görə, 35 yaşlı hakim Danimarkada “Kopenhagen” və Almaniyanın “Borussiya” (Dortmund) komandaları arasında keçiriləcək VI tur matçını idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmrəli laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 2-də “Parken” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycanın daha bir FIFA referisi Elçin Məsiyev də növbəti dəfə UEFA-dan təyinat alıb.

31 yaşlı hakim İsraildə “Hapoel” (Ber-Şeva) və Avstriyanın “Austriya” (Vyana) komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununu idarə edəcək.

Ona Elşad Abdullayev və Pərvin Talıbov laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 3-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password