Bu, Kremlin Paşinyana “dayan” deməsidir – Petrov

 

Rusiya XİN-i bildirir ki, Bakı-İrəvan danışıqlarında Vaşinqtonla Brüsselin əsl məqsədi kompromis, balanslaşdırılmış həll yollarının işlənib hazırlanması deyil, özünü reklamdır. Onlar Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq və Kremlin bügünədək gördüyü işləri təhrif etmək istəyir. Əslində bu, Rusiyanın AB və ABŞ-ın istənilən təklifinə razılıq verən Paşinyan rejiminə birbaşa sözlə müraciətidir. Ermənistanın özü də daxil olmaqla, regionu Qərbə sürüklənmə siyasətini dayandırmağa çağırışıdır.

Bunu rusiyalı analitik Andrey Petrov deyib.

“Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçüncü görüşün anonsu eyni zamanda danışıqların gündəliyinin də elanıdır. Danışıqlarda Ermənistan-Azərbaycan münasibətinin nizamlanmasının ən ciddi və aktual məsələləri, regiondankənar qüvvələr tərəfindən müharibədən sonrakı proseslərin yumşaldılmasının qarşısının alınması müzakirə olunacaq. Həm Moskva, həm də Bakı çox gözəl görür ki, İrəvan 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat üzrə öhdəliklərinin yerinə yetirilməsini ləngitmək kursunu davam etdirir, bunun üçün AB-nin simasında köməkçi tapıb, lakin nə Rusiya, nə də Azərbaycan buna baxacaq. Ona görə də sammit təşkil olunur: Nikol Paşinyanı özünə gətirmək lazımdır. Ermənistanı münasibətləri normallaşdırmaq üçün əməli addımlar atmağa stimullaşdırmaq lazımdır. İndi də əminliklə deyə bilərik ki, Rusiya-Azərbaycan-Ermənistan üçüncü zirvə görüşü Cənubi Qafqazın müharibədən sonrakı tarixində əsas hadisələrdən birinə çevriləcək. Rusiyaya bu regionda sülh lazımdır, Kreml Qərbin və Ermənistanın müqavimətinə baxmayaraq, buna nail ola biləcək”, – o bildirib./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password