Bu il Azərbaycana ən çox hansı ölkənin vətəndaşları gəlib?

 

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 176 ölkəsindən 1,162 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Komitənin məlumatına görə, ziyarətçilərin ümumi sayının 26,6 faizi Rusiyadan, 19,6 faizi Türkiyədən, 11 faizi İrandan, 7,4 faizi Səudiyyə Ərəbistanından, 4,8 faizi Gürcüstandan, 3,2 faizi Pakistandan, 3,1 faizi Hindistandan gəlib. 2,3 faiz – BƏƏ, 1,9 faiz – Qazaxıstan, 1,8 faiz – Ukrayna, 1,7 faiz – İsrail, 1,6 faiz – Küveyt, 1,5 faiz Özbəkistan, 1,4 faiz Oman, 1,1 faiz Böyük Britaniya, 11 faizi digər ölkələrdəndir.

Omandan gələnlərin sayı il ərzində 130,8 dəfə, Səudiyyə Ərəbistanından 99 dəfə, Küveytdən 167,9 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 5,2 dəfə, Bəhreyndən 4,8 dəfə, İsraildən 5,5 dəfə artıb. Pakistandan – 27,3 dəfə, Hindistandan – 16 dəfə, ABŞ-dan – 3,4 dəfə, Almaniyadan – 2,9 dəfə, Fransadan – 2,7 dəfə, Qazaxıstandan – 5,7 dəfə, Rusiya Federasiyasından – 1,7 dəfə, Böyük Britaniyadan – iki dəfə, Ukraynadan – 1,7 dəfə, İrandan – 1,6 dəfə, Türkiyədən – 1,7 dəfə, Gürcüstandan – 25,5 faiz dəfə çox turist gəlib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password