“Onların İran istehsalı olduğunu hamımız bilirik” – Rusiyalı ekspert

 

Rusiyanın RBC telekanalında canlı yayıma dəvət olunmuş Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov Rusiyanın Ukraynada istifadə etdiyi pilotsuz təyyarələrin İrana məxsus olduğunu açıqlayıb.

Belə ki, aparıcıları R.Puxovu təqdim etdikdən sonra musiqi səslənib və ekspert mikrofonun hələ efirə qoşulmadığını zənn edərək Rusiyanın Ukraynada istifadə etdiyi dronların İrana məxsus olduğunu etiraf edib.

“Gəlin gəmini çox silkələməyək, ona görə də bu İran dronları ilə bağlı sizdən çox xahiş edirəm… Onların İran istehsalı olduğunu hamımız bilirik, lakin hakimiyyət etiraf etmək istəmir”, – deyə verilişin qonağı bildirib.

Xatırladaq ki, Rusiya rəsmiləri Ukraynadakı hərbi əməliyyatlarda İrandan aldıqları dronlarından istifədə edilmədiyini bəyan edib.

Mənbə: AAF “Telegram” kanalı

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password