İlham Əliyev bu səfirləri vəzifələrindən geri çağırdı – Yeni təyinatlar
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Mahir Məmməd oğlu Əliyev Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Azərbaycanın Fransada yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Leyla Yaşar qızı Abdullayeva Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, 41 yaşlı L. Abdullayeva bu təyinata qədər, 2018-ci ildən Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi vəzifəsini icra edib.
L. Abdullayevanın həyat yoldaşı Hüseyn Hüseynov Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiridir.
Dövlət başçısının digər sərəncamı ilə Fikrət Fərman oğlu Axundov Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Prezidentin başqa bir sərəncamına əsasən, Rəhman Sahib oğlu Mustafayev Azərbaycanın Fransada, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Fotoda Rəhman Mustafayev
Digər bir sərəncamla Rəhman Sahib oğlu Mustafayev Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident İlham Əliyevin sərəncamı ilə İlqar Yusif oğlu Muxtarov Azərbaycanın Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. O, mərhum Xalq artisti Amaliya Pənahovanın oğludur. İ. Muxtarov daha əvvəl Azərbaycan səfiri kimi Meksika, Kosta-Rika, Qvatemala, Kolumbiya, Panama və Peruda akkreditə olunub.