Ərdoğanın çıxışı, Akarın addımı ABŞ-ı hərəkətə gətirdi

 

Bildiyimiz kimi, bir müddət öncə ABŞ-ın “Milli Müdafiə Maliyyələşmə Qanunu”na (NDAA) Türkiyəyə F-16-ların verilməsi və modernizasiya haqqında dəyişiklik üçün yeni şərtlər paketi təqdim edilmişdi. Amma dünən sözügedən təkliflər qanunun Senat versiyasından çıxarıldı.

Bu sözləri açıqlamasında Türkiyənin Qaziantep Universitetinin müəllimi Əli Fuad Gökçə deyib.

Onun sözlərinə görə, bunun səbəbi Türkiyənin sözügedən mövzuda qətiyyəti və ABŞ-a əvəzedilməz olmadığını göstərməsidir:

“Təkliflərin rədd edilməsində Türkiyədən Amerikaya gedən heyətin, eyni zamanda oradakı səfirliyimizin gərgin və səmərəli diplomatik fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Digər bir məsələ isə Ankaranın ölkəmizin ehtiyacı olan döyüş təyyarələrinin təmin edilməsi üçün alternativ axtarışında sərgilədiyi qətiyyət və Vaşinqtona əvəzedilməz olmadığını göstərməsidir. Cənab Ərdoğanın 30 sentyabrda alternativlərlə bağlı çıxışı və Hulusi Akarın bir həftə öncə İngiltərəyə səfəri zamanı döyüş təyyarələrini yerində nəzərdən keçirməsi də bu istiqamətdə son atılan addımlardandır. Türkiyənin döyüş təyyarələrinin təmini ilə bağlı alternativlərinin içərisində Çinin olması, Şanxay Əməkdaşlıq Təşkilatı ilə yaxınlaşması NATO-nun gələcəyi baxımından ABŞ-ı çox ciddi şəkildə narahat edir. Əlbəttə ki, məsələnin başqa bir tərəfi isə iqtisadi mənfəətlərdir. Hazırda müəyyən qədər maddi sıxıntılar yaşayan ABŞ müdafiə sənayesi üçün bu, mühümdür”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password