Vaşinqtondan ZƏNG: Blinken Əliyev və Paşinyandan nə istəyib?

 

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana zəng etdi: Vaşinqton Avropa İttifaqı və Fransanın vasitəçiliyi ilə qurulan təmaslarda öz ağırlığını ortaya qoyur, lakin Blinkenin zənginin əsas məqsədi Astana sammitindən öncə “saatları yoxlamaq”dır.

MDB Dövlət Başçıları Şurasının oktyabrın 14-də Astanada keçiriləcək iclasında Azərbaycan və Ermənistan liderləri də iştirak edəcək. Və bu, Putin-Əliyev-Paşinyan formatında görüşün baş tutacağı imkanını da yaradır. İstisna deyil ki, Moskva Qərbin vasitəçiliyi ilə qurulan təmaslardan tutmuş Praqa anlaşmasına qədər bütün məsələləri arxa plana keçirməyə çalışacaq.

ABŞ Qərb masasındakı anlaşmaları qorumağa və tərəflərin buna sadiqliyini saxlamağa çalışır.

Burada diqqətçəkən məqamlardan biri rolların dəyişməsidir: adətən Rusiya Qərb masasındakı görüşlərdən öncə tərəflərlə “saatları yoxlayırdı”, indi bunu ABŞ edir və bu, Cənubi Qafqazda Vaşinqtonun önə çıxdığına işarədir;

Hərçənd, Putinin prosesi pozmaq imkanı hələ də tükənməyib.

Asif Nərimanlı

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password