Vilayət Vəliyevin rektor təyin edilməsi ATU – da nəyi dəyişdi?
Azərbaycan Texniki Universitetinin 2016-cı ilin yanvarından 2019-cu ilin iyul ayına qədər rektor vəzifəsinin boş qalması universitet daxilində bir çox problemlərə yol açıb. Qeyd etdiyimiz müddət ərzində bu yer uğrunda istər universitet daxilində, istərsə də universitetdən kənarda mübarizə aparanlar çox idi. Vilayət Vəliyevin rektor təyin olunmasından sonra universitet daxilində baş vermiş problemlər hələ də həllini tapmamış qalır. Bəs bu problemlər universitetə necə ayaq açdı? Rektor əvəzi Xalıq Yahudovdan qaynaqlanan problemlərin həlli nə qədər çəkəcək? Belə ki,üç ildən də çox rektor əvəzi olan Xalıq Yahudovdun dövründə 5 minə yaxın tələbənin imtahanlardan fənn kəsirləri yaranıb və buda müəyyən narazılıqlara yol açıb. Uzun illər keçmiş rektor Havar Məmmədovun himayəsində özünə yer edib, kök atan Tədris Hissə müdiri Zakay Şayev sonradan rektor əvəzi Xalıq Yahudovu da ələ ala bilibmiş. O,zamanlar Avtomatika və kompüter texnikası,Elektrotexnika və energetka,Mühəndis biznesi və menecment, Radiotexnika və rabitə, Maşınqayırma ,Metallurgiya, Xüsusi Texnika və Texnologiya fakültələrinin dekanlarını səfərbər edərək, qiyabi tələbələrdən kifayət qədər bəhrələnib. Hətta hadisələr o qədər onun xeyrinə cəryan edib ki, Zakay Şayev, rektor əvəzi Xalıq Yahudovla universitetin elmi işlər üzrə prorektoru İlham Pirməmmədovu,ikincinin yerlisi olan dekan və müəllimləri Azərbaycan Texniki Universitetində ikinci dərəcəli şəxslərə çevirə bilib.Hətta vəziyyət o həddə qədər irəlilləyib ki, İlham Pirməmmədova yaxınlığı ilə seçilən istənilən müəllim yeri gəldi-gəlmədi cəzalandırılıb.
Hazırda nə Xalıq Yahudov rektor əvəzidir,nə də Zakay Şayev Tədris Hissə Şöbəsinin müdiri. Bu fikirlər Aktualinfo.org-a universitetdə baş verən proseslərlə bağlı verilən məlumatların bir hissəsidir.
Bir neçə ay əvvəl Azərbaycan Texniki Universitetinə Vilayət Vəliyevin rektor təyin edilməsindən az sonra Nəqliyyat fakultəsinin dekanı Fazil Həsənov vəzifəsindən kənarlaşdırılıb, prorektor İlham Pirməmmədova isə təzyiqlər artıb. Belə demək mümkünsə Azərbaycan Texniki Universitetində yeni komanda formalaşdırmağa başlanılıb.
Təhsil Nazirliyindəki himayədarlarının müdafiə etdiyi Tədris Hissəsinin keçmiş müdiri Zakay Şayevə gəlincə o, müvazinətini hardasa qoruya bilib, Vilayət Vəliyev Fazil Həsənovun yerinə məhz onu təyin rdib. .İxtisası yol verməsə belə o,Nəqliyyat fakultəsinin dekanı təyin olunub.
Hazırda Texniki Universitetdə elə bir mühit formalaşıb ki,kənardan müşahidə edəndə “bolşeviklərin”,demokratlarla” əvəzləndiyi təəssüratı yaranır. Yəni,tələbələrin imtahana qədərki prosses olan kollekiumdan bal yığması, sonrakı halda imtahandan minimum 51 bal toplaması,diplom işi və digər qiymətləndirmə hallarına görə keçəcəkləri prosseslərdə şəffaflıqla cilalanacaqları ümüdverici görünmür. Yeni rektor bu əmsallara indiki halda əhəmiyyət belə vermir,mövcud kadırları yenilərinin əvəzləməsinə üstünlük verilir. Bu isə gələcək üçün “ev bizim,sirr bizim”deyimində Texniki Universitetlə bağlı müsbət xəbərlərin çağırışçısı olacağı fikrini yaratmır. Belə anlaşılır ki,sosial vəziyyəti ağır olan müəllimlər əvvəllər olduğu kimi bundan sonra da Universetdə Həmkərlar təşkilatının varlığını hiss etməyəcəklər. Yenədə əvvəlki illərdə olduğu tək həmkarlarda minlərlə manat vəsait müəllimlərin adına,müxtəlif təyinatlar adı altında rəsmiləşdiriləcək,universitetin baş mühasibinin belə şəffaf işləməsi mümkünsüz olacaq. Tələbə təqaüdlərinin ,müəllimlərin məvacibinin düzgün hesablanıb-hesablanmaması,xərc maddələrinin yüksək həddinin seçilməsi,indiyə kimi tender qaliblərinin kimlər olması və digər islah edici əmsallar məqsədli şəkildə qapadılacaq.
Zaman universitetdə kimi xeyrinə işlədiyi hələlik bilinmir. Vilayət Vəliyevin universitetə 4-5 aylıq rəhbərliyi burada hələ çox dəyişikliklərin baş verməsini göstərəcək. Deməli zaman Vilayət Vəliyevə işləyir. O, hələlik yerini möhkəmlətmək üçün etibarlı tərəfdaş axtarışındadır. Məlumatlara görə bir azdan onun da yaxın qohum əqrəbasının universitetə ayaq açacağı qaçılmazdır.
Aktualinfo.org