Putin: “Onların məqsədi bizi parçalamaq, məhv etməkdir”
Rusiyada qismən səfərbərlik elan olunub.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin bu gün səhər saatlarında xalqa müraciətində bildirib.
O, Rusiyanın suverenliyini və ərazi bütövlüyünü qorumaq, təhlükəsizliyini təmin etmək üçün Müdafiə Nazirliyinin qismən səfərbərlik elan olunması ilə bağlı təklifini qəbul etdiyini qeyd edib.
“Təkrar edirəm. Burada söhbət qismən səfərbərlikdən gedir. Yəni ki, hərbi xidmətə ancaq hazırda ehtiyatda olanlar çağırılacaq. İlk növbədə Silahlı Qüvvələrdə xidmət edənlər, xüsusi hərbi ixtisasa malik olanlar çağırılacaq”, – Rusiya Prezidenti vurğulayıb.
Putin qismən səfərbərlik haqqında fərmanı artıq imzaladığını bildirib: Səfərbərlik tədbirləri bu gün başlayacaq. Regionların başçılarına tapşırıram ki, hərbi komissarların işinə bütün lazımi köməyi göstərsinlər. Xüsusi ilə qeyd edirəm ki, hərbi səfərbərliyə çağırılan Rusiya vətəndaşları müqavilə əsasında orduda xidmət edən hərbiçilər kimi ödəniş və bütün sosial təminat statusunu alacaqlar”.
Putin çıxışında nüvə təhdidi də səsləndirib: “Ərazi bütövlüyümüzə təhdid olacağı təqdirdə nüvə silahından istifadə edəcəyik”.
Dövlət başçısı söyləyib ki, Qərb Rusiyanın parçalanmasını istəyir: “Onların məqsədi bizi parçalamaq, məhv etməkdir”.
Rusiya liderinin sözlərinə görə, Qərb anti–Rusiya siyasətində bütün sərhədləri keçib: “Artıq Rusiyanın sərhədyanı ərazilərinə Qərb silahlarından zərbələr endirilir. NATO Rusiyanın cənubunda kəşfiyyat aparır”./apa.az