Şəhidin qardaşının videosu ilə bağlı qurumlar hərəkətə keçdi

 

Baş Prokurorluq şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun sosial şəbəkələrdə yayılan videosu ilə bağlı məlumat yayıb.

“Qafqazinfo”nun sorğusuna cavab olaraq Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, dünən qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır: “Eyni zamanda, Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin”.

Baş Prokurorluq daha bir açıqlama yayıb. Açıqlamada deyilir:

“Sənan Əhmədovun şəhid qardaşı Səbuhi Əhmədovun hərbi xidmət yerinə dəyişmək üçün bankdan kredit götürərək rüşvət verməsi barədə fikirlərinin əks olunduğu sosial şəbəkələrdə yayılmış video, həmçinin sonradan həmin cinayət xarakterli məlumatların təkzib edilməsi ilə bağlı səsləndirdiyi fikirlərin qeydə alındığı digər video üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün prokurorluq orqanları tərəfindən əhəmiyyət kəsb edən bütün hallarla tam və hərtərəfli araşdırma aparılır.

Hər iki xüsusat üzrə təqsiri müəyyən ediləcək şəxslərin məsuliyyətə cəlb edilməsi təmin ediləcəkdir. Media nümayəndələri, habelə sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır ki, aparılan araşdırma ilə bağlı rəsmi mənbələrlə dəqiqləşdirilməmiş məlumatların yayılması yolverilməzdir və qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password