“Kreml Putinin üzünü ağartmağa çalışır” – Xarkovdakı məğlubiyyətə görə məsuliyyət kimin üzərinə atılır?

 

Rus ordusunun Xarkov istiqamətindəki məğlubiyyəti Rusiya siyasi elitasında və cəmiyyətin fəal təbəqəsində şok effektilə yanaşı, bu məğlubiyyətə görə kimin cavabdeh olduğuna dair suallar da yaradıb. 

Bu məsələ ilə bağlı Amerika Müharibə Tədqiqat İnstitutunun (ISW) yayımladığı hesabatda Kremlin Xarkovdakı məğlubiyyətə görə məsuliyyəti Putindən uzaqlaşdırmağa çalışdığı qeyd edilir: “Kreml hazırda onun üzərində işləyir ki, məğlubiyyətə görə məsuliyyəti Putinin üzərindən yayındırsın və demək olar, Xarkov vilayətinin bütün işğal olunmuş ərazilərinin itirilməsini Putinin “lazımınca informasiyaya malik olmayan” hərbi müşavirlərinin üzərinə atsın”.

Bununla yanaşı, amerikalı mütəxəssislər qeyd edirlər ki, Putin Xarkov istiqamətindəki məğlubiyyətdən ölkə daxilində vətənpərvərlik ritorikasının artırılması və orduya çağırışla bağlı daha sərt addımlar atmaq üçün istifadə edə bilər. Məhz bu məğlubiyyətdən sonra Dumaya yeni hərbi çağırış qanunu təqdim olunub. Həmin qanuna görə çağırış prosesi sadələşdirilir. Artıq orduya çağırılanlara poçtla çağırış vərəqəsi göndərmək kifayət edəcək. Bununla da həmin vətəndaş hərbi komissarlığa gəlməyə mükəlləf hesab olunacaq.

İSW onu da bildirir ki, Xarkovdakı döyüşlərdən sonra Rusiya bu müharibənin gedişində ilk dəfə məğlubiyyətə uğradığını və geri çəkildiyini etiraf edib. Həmçinin, qeyd olunur ki, bu məğlubiyyət Rusiya hərbçiləri, işğal ərazilərindəki Rusiya tabeçiliyində olan hakimiyyət orqanları və rusiyapərəsət blogerlər arasında panikaya səbəb olub./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password