Zəngilan rayon 13 saylı məktəbi yeni tədris ilinə uğurla başlayır
1993-cü ilin 29 oktyabrında Zəngilan şəhəri ermənilər tərəfindən işğal edildi. 30 il sürmüş işğal dövründə digər rayonlarımızda olduğu kimi Zəngilan şəhəri də düşmən tərəfindən darmadağın edilmiş, burada yerləşən tarixi və dini abidələrimiz xüsusi qəddarlıqla məhv edilmişdir. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb.
Zəngilan 2020-ci ilin 20 oktyabrında işğaldan azad olunduqdan sonra dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Zəngilan rayonunda oldular. Prezident İlham Əliyev Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırdı. Səfər zamanı İlham Əliyev bildirdi ki, “Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”. Hazırda dövlətimizin başçısının tapşırığı ilə burada yenidənqurma və bərpa işləri aparılır.
Zəngilan rayon 13 saylı məktəbin direktoru Şəhla Həsənova yeni dərs ilinin başlanması ilə əlaqədər ölkədə təhsilə verilən diqqət və qayğıdan söz açıb. Bildirib ki, hazırda ölkədə təhsilin inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərilir: Müstəqillik illərində Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyası istiqamətində əhəmiyyətli addımlar atılıb. Ölkəmizdə təhsil islahatının uğurla apartılmasını təmin edən mükəmməl normativ-hüquqi bazanın yaradılması, müxtəlif dövlət proqramları və layihələrin gerçəkləşdirilməsi, Azərbaycan Prezidentinin sərəncamlarına əsasən yeni mahiyyət və məzmun daşıyan zəruri sənədlərin qəbul edilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının tikilməsi, köhnə məktəblərin əsaslı təmir olunması sahəsində görülən işlər təhsilin səviyyəsinin yüksəlməsinə müsbət təsir güstərir. Bu gün hər bir azərbaycanlı aydın hiss edir ki, milli təhsilimiz günü-gündən yeniləşir. Bu yenilik təhsil sistemimizin bütün pillələrində özünü göstərir, ümumtəhsil məktəblərində daha aydın hiss olunur. Ötən dərs ilində ölkənin təhsil sistemində aparılan sistemli iş, məqsədyönlü fəaliyyət gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, qloballaşan dünyada ölkəmizi layiqincə təmsil etməyə qadir vətəndaş yetişdirilməsinə öz layiqli töhfəsini verib. Prezident İlham Əliyevin təhsillə bağlı imzaladığı mühüm sərəncamların ardıcıl icrası ilə əlaqədar görülən tədbirlərin müsbət bəhrəsi ildən-ilə artır. Ulu öndər Heydər Əliyevin məktəb tikintisi, təhsilin maddi-texnikibazasının möhkəmləndirilməsi siyasətini dövlət başçısı İlham Əliyev əzmkarlıqla davam etdirir. Məktəb, körpələr evi tikintisi sahəsində Birinci vitse- prezident Mehriban Əliyevanın xidmətlərini xüsusilə qeyd etmək lazımdır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə inşa və təmir edilən tədris müəssisələrində bu gün yüz minlərlə şagird təhsil alır. İndi artıq təhsilin məzmununun yeniləşməsinə xüsusi diqqət yetirilir və kurikulum islahatı məhz bu məsələyə xidmət edir. Müəllim hazırlığı və ixtisasının artırılması istiqamətində ciddi, məqsədyönlü işlər aparılır. Bütün bunlar bir daha təsdiq edir ki, yaxın gələcəkdə ölkəmizin təhsil sistemi tamamilə yeniləşəcək, bu isə yeniləşən Azərbaycanımızın gələcək inkişafının əsl mənada qarantıdır. Ardıcıl şəkildə həyata keçirilən islahatlar bu vacib strateji fəaliyyət sahəsinin inkişafına güclü təkan verib, ölkə təhsilinin qabaqcıl dövlətlərin təhsil sistemlərinə inteqrasiyasına əlverişli şərait yaradıb.
Direktor Prezident cənab İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, xüsusilə məcburi köçkün uşaqlarının təhsil aldığı məktəblərin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlər barədə danışdı. Son illər respublikamızda, o cümlədən Zəngilan rayon məktəblərində əlverişli təlim-tədris mühitinin yaradılmasından, təhsilin inkişafı istiqamətində Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın gördüyü ardıcıl tədbirlərdən, Heydər Əliyev Fondunun xidmətlərindən bəhs etdi.
Şəhla xanım Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsini buna misal çəkərək əavə etdi ki, Ağalı kənd tam orta məktəbinin fəaliyyətə başlaması “Böyük Qayıdış”ın ilk qədəmləridir. İşğaldan azad olunmuş torpaqlarda ilk tədris ocağı olaraq fəaliyyətə başlayacaq Ağalı kənd tam orta məktəbinin fəaliyyətə başlaması qürurlu, şərəfli və sevindiricidir. Əminik ki, 13 saylı məktəb də öz fəaliyyətini tezliklə Zəngilanda davam etdirəcək.
Şəhla Həsənova fürsətdən istifadə edərək Ali təhsil müəssisələrinə qəbul olan məzunlarını bir daha təbrik etdi və onlara gələcək həyatlarında uğurlar arzu etdi. Qeyd etdi ki, məktəb yeni dərs ilinə uğurla başlayır və bu nailiyyətlərin davamlı olması üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Aktualinfo.org