Son bir neçə ildə çox sayda azərbaycanlı ERMƏNİ ADI İLƏ… – Sensasion FAKTLAR ÜZƏ ÇIXDI
Son iki-üç ildə Azərbaycandan Almaniyaya “Sumqayıt ermənisi”, “Gəncə ermənisi”, “Ordubad ermənisi” adı ilə gələn azərbaycanlılar həddən artıq çoxalıb. Təbii ki, onların heç biri erməni deyil və Azərbaycan türküdürlər, heç erməni dilini də bilmirlər.
Bu sözləri hazırda Almaniyada yaşayan jurnalist Fərahim İlqaroğlu alman polisinin mühacir alverinə qarşı mübarizə apardığı hazırkı ərəfədə soydaşlarımızın vəziyyəti və ümumi durumla bağlı danışarkən deyib.
F.İlqaroğlu bildirib ki, özünü erməni kimi təqdim edən həmin şəxslər müəyyən kurslara gedərək, erməni dilini ibtidai səviyyədə öyrənirlər ki, erməni olduqlarına kimlərisə inandırsınlar:
“Onlar bildirirlər ki, guya erməni olduqlarına görə Azərbaycanda təzyiqə məruz qalırlar. Almaniyada erməni diasporu, Avropanın digər ölkələrində olduğu kimi, burada da çox güclüdür. Həmin azərbaycanlılar külli miqdarda pul xərcləyərək, erməni diasporundan dəstək məktubları alırlar və bu yolla yaşamaq icazəsi əldə edirlər. Təbii ki, həmin şəxslərin kimlik bilgiləri ilə bağlı məlumatlar səhv olur. Onlar adətən erməni ad və soyadları götürürlər. Milli pasportlarını buradakı miqrasiya idarələrinə təqdim etmirlər ki, onların şəxsiyyətləri müəyyənləşdirilə bilməsin. Həmin şəxslər Almaniyaya normal viza alaraq gəlmirlər, qaçaq yollarla – gəmilər, TIR-lar vasitəsilə gəlirlər ki, ad-soyadları bilinməsin, sənəd istənilməsin, əsl kimlikləri üzə çıxmasın: guya Azərbaycanda təzyiqlərdən “gizli yolla” qaçıblar və sənədlərini də götürməyiblər”.
Fərahim İlqaroğlunun sözlərinə görə, Almaniyadan bu şəkildə sığınacaq almağa gələnlərin içində bircə erməni də tapmaq olmur:
“Bu məsələni ölkə mətbuatının gündəminə daşımaq lazımdır. Çünki bu heç də adi bir məsələ deyil. Təbii ki, Sumqayıtda, Gəncədə erməni ad-soyadı ilə yaşayan ermənilər var. Ancaq Almaniyaya sığınacaq almağa gələn və özünü erməni kimi təqdim etmək istəyənlərin hamısı azərbaycanlılardır.
Yəqin ki, bu problemin həlli Azərbaycan və Almaniya hüquq-mühafizə orqanlarının birgə əməkdaşlığından keçir”.
İ.Fərahimoğlu ilə geniş müsahibə bir azdan yayımlanacaq.(axar.az)