Qarabağdan nə istəyirsiniz? – Səfirin ikibaşlı müsahibəsi

 

ABŞ Ermənistan və Azərbaycanla regionda kommunikasiyaların açılmasına texniki dəstək imkanlarını göstərməyi müzakirə edir.

Bu sözləri ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi “Azadlıq” radiosuna müsahibəsində deyib.

“Məncə, Dövlət katibi (Blinken) regionda uzun müddət çəkən münaqişənin davamlı və hərtərəfli sülh yolu ilə həllinə doğru irəliləyiş əldə etmək üçün tarixi imkanımız olduğunu diqqətə çatdırmaq istəyib. Bu o demək deyil ki, bu, asandır. Ancaq biz Ermənistan və Azərbaycanın birbaşa dialoqundan başqa bu konfliktin həllini görmürük. Və biz buna diqqət yetirəcəyik”, – səfir qeyd edib.

O bildirib ki, bu prosesdə ciddi diplomatik iştiraklar var və yalnız ABŞ tərəfdən deyil:

“Bizim AB-dəki müttəfiqlərimiz, digərləri kimi, buna cəlb olunub ki, bu da işin hərəkətliliyi üçün xeyirlidir. Bu, çətin məsələlərdir və həlli asan deyil. Amma biz israrlı olmalıyıq.

Ermənistan və Azərbaycan hökumətləri ilə biz texniki yardımı, regionda nəqliyyat əlaqələrinin açılmasına kömək edəcək bəzi texniki qiymətləndirmələri müzakirə edirik. Biz bu hədəfə böyük əhəmiyyət veririk”.

Qeyd edək ki, erməniyönlülüyü ilə tanınan və hazırda səlahiyyətinin başa çatmasını gözləyən səfir Linn Treysi kimi diplomatlar cidd-cəhdlə yenidən hansısa münaqişənin mövcudluğunu və “asan olmadığını” gündəmə gətirməklə, danışıqlar masası qurmağa cəhd etməklə, Ermənistan üçün üstünlüklər qazanmağa çalışır.

Münaqişə əslində 44 günlük savaşın nəticəsi olaraq imzalanan 10 noyabr 2020-ci il bəyanatı ilə həll edilib: Ermənistanın bütün hərbi birlikləri Azərbaycan ərazisindən dərhal çıxmalıdır, nəqliyyat əlaqələri açılmalıdır, azərbaycanlılar keçmiş Dağlıq Qarabağ ərazisi də daxil olmaqla, qovulduqları bütün torpaqlara geri qayıtmalıdır; bir ovuc erməni üçün hər hansı statusun olacağı və yaxud “münaqişənin” həlli ilə bağlı danışıqların davam edəcəyi də bəyanatda əksini tapmayıb, yoxdur elə bənd.

“Münaqişənin” həllini yardım etmək istəyən dövlətlər 10 noyabr 2020-ci il bəyanatının maddələrinin icrasına dəstək verməlidir, vəssalam. Bunu bacarmayıb, əlavə danışıqlar düzəltməyə isə ehtiyac yoxdur: Azərbaycan 44 gün “danışıqlar” apardı və müqavilə də imzaladı. Ermənistan ya Rusiyanın zəmanəti ilə götürdüyü öhdəliyi icra edəcək, ya da Azərbaycan icra etdirəcək!

Bu “münaqişəni” yenidən qondarmağa Azərbaycan dövləti də, rəhbərliyi də, Ordusu da imkan verməyəcək!/axar.az

     

    Login

    Welcome! Login in to your account

    Remember me Lost your password?

    Lost Password