Heydər Əliyev Mərkəzində Reza Deqatinin 70 illik yubileyi münasibətilə tədbir keçirilib

 

Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Reza Deqatinin 70 illik yubileyi münasibətilə “Keçmiş və gələcək bəşəriyyətin şahidi” adlı tədbir keçirilib.

Tədbirdə mədəniyyət naziri Anar Kərimov, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov, təhsil nazirinin müavini Firudin Qurbanov və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Reza Deqatinin həyat və yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi olub.

Daha sonra mədəniyyət naziri Anar Kərimov çıxış edərək bildirib ki, dünyada Azərbaycandan kənarda 40 milyona yaxın azərbaycanlı yaşayır və onların arasında ölkəmizi təmsil edən çoxsaylı sənətkarlarımız var:

“Onun həyatına baxsaq, qəhrəmanlıq səhifələrini görə bilərik. Mən deyərdim ki, Deqatinin ən böyük sənət əsəri onun öz həyatıdır. Onun həyatı üzrə sənədli və bədii filmlər hazırlanacaq”.

Qeyd edək ki, Reza Deqati 55 ildir ki, fotoqraf kimi fəaliyyət göstərir və bu günə qədər dünyanın müxtəlif ölkələrində 460-dan çox sərgisi keçirilib. Onun “National Geographic”, “Paris Match”, “Stern”, “Figaro”, “New York Times” kimi məşhur beynəlxalq jurnallarda 10 mindən artıq fotosu çap olunub. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çoxillik səmərəli fəaliyyətinə görə Reza Deqati “Dostluq” ordeni ilə təltif edilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password