“Barselona”nın baş məşqçisi Messini geri qaytarmaq istəyir
İspaniyanın “Barselona” klubunun baş məşqçisi Xavi klub prezidenti Joan Laportadan argentinalı futbolçu Lionel Messini transfer etmək imkanını araşdırmasını istəyib. Hazırda L.Messi Fransanın “Pari Sen-Jermen” klubunda oynayır.
Bu barədə “sport.es” internet portalı bildirib.
Xavinin Laportadan 2023/24 mövsümündən əvvəl yay transfer pəncərəsində L.Messinin “Barselona”ya qaytarmağını düşünməyi xahiş etdiyi bildirilib.
Məlumata əsasən, Xavi əmindir ki, L.Messinin qayıdışı “Barselona”ya böhrandan çıxmağa və nəticələri yaxşılaşdırmağa kömək edəcək.