“ESE” MMC-nin qalib olduğu tenderlərdə şübhəli məqamlar nələrdir?
Ötən iln aprel ayında olan kadr dəyişikliklərində Muxtar Babayevin gözlənilmədən Ekologiya və Təbi Sərvətlər Naziri təyin edilməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı Eks nazır Hüseynqulu Bağırovun 2001-ci ildən təsis edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinə nə az nə də çox,düz 17 illik rəhbərliyinə son qoyulması isə ən azından Azərbaycanda yaşıllıqlara qarşı olunan soyqırımın sonu oldu. Muxtar Babayevin bu nazirliyə gətirilməsi nəyi dəyişdi? Onu deyə bilərik ki, Nazirlikdə köklü kadr dəyişiklıkləri baş verdi. Bir də Nazirlik əməkdaşlarının tez-tez şadlıq evlərini ekologiyanı pozduğuna görə cərimələməsi ilə gündəmdən hələ də düşmür. Bakının mərkəzində tikinti şirkətləri tərəfindən çoxillik ağaclar gecələr hələ də qırılmaqdadır. Düzdü qırıldıqdan sonra nazirlik əməkdaşları şirkətləri cərimələyir. Amma yaşıllıq məhv edildikdən sonra cərimənin nə faydası.
Aktualinfo.org-a verilən məlumatlarda son bir neçə ayda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfin verilən tender elanlarında qalıb çıxan şirkətin fəaliyyətində qaranlıq məqamların olduğu bildirilir. Son bir neçə ayda “ESE” Məhdud Məsuliyyətli Cəmiyyətin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən elan olunmuş tenderlərdə qalıb olmasında şübhəli məqamlar nədən ibarətdir.? “ESE” MMC-nin fəaliyyətini araşdırmaq məqsədi ilə internet üzərindən beynəlxalq axtarış proqramı olan “Google” vasıtəsi ilə axtarışımız heç bir nəticə vermədi. Bu şirkətin gizlinliyinin birinci tərəfi. İkinci tərəfi isə Satınalmalar haqqında Azərbaycan Respublikası Qanunun gobud şəkildə pozulmasıdır. Axı Dövlət Satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununda da göstərildiyi kimi,tenderlərdə müsabiqənin qalibi olan şirkətin bir sıra standartlara uyğunluğu vacibdir. Bu sırada Tenderin qalibi olan şirkətin analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları, qalib olduğu müddətə qədər son bir illik fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı, son bir illik (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları kimi şərtlər sadalanır…”ESE” MMC-ni fərqləndirən xüsusiyyətlər harada göstərilib?
Bəs qanunda göstərilən bu hallara niyə göz yumulur.? Nə üçün hər bir iş üçün elan olunmuş tenderlərdə o sahə üzrə ixtisaslaşmış,püxtələşmiş şirkətlərə verilmir? Görünür, hər yerdə olduğu kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi də özünə yaxın olanı seçib.Bəs “ESE” MMC kimə məxsusdur? Əldə etdiyimiz məlumatlara görə keçmiş Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçmiş “ESE”Məhdud Məsuliyyətli Cəmiyyətin nizamnamə kapitalı 20.00 manatdır. Cəmiyyətin hüquqi ünvanı Binəqədi rayonu Cəfər Xəndan küçəsi, qanuni təmsilçisi isə Mehdizadə Hafiz Muqbil oğlu göstərilib. Dövlət qeydiyyatına 1993 cü ildən alınsa da reyster məlumatlarında son dəyişiklik bu ilin avqustunda baş tutub və iyun ayından bu yana Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə elan olunmuş 7 tenderin qalibi olub. Bu tenderlər hansılardır?
Mılli Hidrometeorologiya Departamentinin inzibati binasının cari təmir işlərinin satın alınması üzrə 199332.44 AZN
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin ərazisində yerləşən obyektlərin əsaslı təmiri işlərinin satın alınmas üzrə elan olunmuş tender 189567AZN
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin inzibati binasının cari təmiri işlərinin satın alınması
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasının cari təmiri işlərinin satın alınması üzrə 244335.28AZN
Altıağac Milli Parkının Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasının əsaslı təmir işlərinin satın alınması üzrə 43943.9 AZN
Ekolopgiya və Təbii Sərvətlər Nazirliyinin inzibati Binasının həyətində abadlıq işlərinin satın alınması üzrə 48298.23 AZN
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Xəzər Sahil Sularında Ekoloji Nəzarət və mühafizə mərkəzinin carı təmir işlərinin satınalınması üzrə 44891.42 AZN
Göründüyü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elan etdiyi tenderlərdə qalib olan “ESE” MMC külii miqdarda vəsait ayrılmış dövlət sifarişlərini həyata keçirir. Lakin sual yaranır. 1993-cü ildə qeydiyyata alınmış bu şirkətin başqa hansı bir dövlət sifarişini həyata keçirməsi barədə tender komissiyasının məlumatı varmı? Bir də bu şirkətin bir vergi ödəyicisi kimi dövlətə nə qədər vergi ödəməsi barədə, maliyyə hesabatları barədə tender komissiyası nə kimi məlumatlara malikdir? Amma 20 manatlıq nizamnamə kapitalı olan bir MMC-nin böyük həcmlı işlərin öhdəsindən hansısa formada gələ biləcəyi özü də şübhə döğurur.
Aktualinfo.org