ABŞ səfirliyi erməniləri casusluğa cəlb edir – Qalmaqal

 

ABŞ-ın müxtəlif ölkələrdəki səfirlikləri vaxtaşırı olaraq ictimaiyyətlə əlaqələr üzrə könüllüləri işə cəlb edir.

Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi erməni könüllülərin casusluğa cəlbi haqda yayılan məlumatlara cavab olaraq bildirib.

“Bu yaxınlarda ABŞ-ın Ermənistandakı səfirliyinin internet saytında “ABŞ vətəndaşları üçün mesaj” başlığı ilə dərc edilmiş məqalədə diplomatik missiyanın ictimaiyyətlə əlaqələr üzrə könüllülər axtardığı bildirilib. ABŞ-ın dünya ölkələrindəki səfirlikləri məlumat ötürmək, başqa ölkədə yaşayan və ya səyahət edən Amerika Birləşmiş Ştatları vətəndaşlarına lazımi yardım göstərmək üçün vaxtaşırı könüllülərini işə cəlb edir. Bu, konsulluq xidmətlərinin gündəlik işinin bir hissəsidir”, – deyə, bəyanatda qeyd olunub.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın Ermənistandakı səfirliyi fövqəladə hallarda ABŞ vətəndaşlarının xəsarət alması barədə məlumatların aşkar edilməsi, onların təxliyə edilməsi və bununla bağlı məlumatların ötürülməsi üçün könüllülərin cəlb olunduğu barədə məlumat yaymışdı.

“İctimaiyyətlə əlaqələr üzrə könüllü olan şəxs ABŞ vətəndaşlarına inzibati məlumatları təqdim etməli, onların məhəllələrində baş verənlər barədə məlumat verməli, itkin düşən amerikalıları tapmaq üçün fövqəladə hallarda kömək etməli, həbsxanalarda, xəstəxanalarda və başqa bölgələrdə ABŞ vətəndaşlarına baş çəkməlidir”, – mesajda deyirdi.

Bu elanı bəzi erməni ekspertləri erməni könüllülərin casusluğa cəlbi kimi şərh etməyə çalışıb./musavat.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password