Kissincer avropalı siyasətçiləri tənqid edib

 

ABŞ-ın keçmiş dövlət katibi (1973-1977) və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi (1969-1975) Henri Kissincer hesab edir ki, hazırkı avropalı siyasətçilərin təlimatları yoxdur və onlar qarşılarında duran çağırışları başa düşmürlər.

O, bu barədə “Bloomberg”ə müsahibəsində bildirib.

Kissincer, xüsusən də Fransa Prezidenti Emmanuel Makronu və Almaniya kansleri Olaf Şoltsu tənqid edib, buna nümunə olaraq Almaniyanın ilk federal kansleri (1949-1963) Konrad Adenauer və İkinci Dünya Müharibəsi zamanı Fransa müqavimət hərəkatına rəhbərlik edən və sonra Beşinci Respublikanın qurucusu və ilk prezidenti (1959-1969) olan general Şarl de Qolu göstərdi.

Amerika siyasətinin və diplomatiyasının patriarxı Henri Kissincer hesab edir ki, ABŞ-ın və bütövlükdə dünyanın daha görkəmli siyasi liderlərə ehtiyacı var.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password