Ərdoğan-Putin-Rəisi görüşündə hansı mövzular müzakirə olunacaq?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya lideri Vladimir Putin və iranlı həmkarları İbrahim Rəisi iyulun 19-da İranın paytaxtı Tehranda keçiriləcək üçtərəfli sammitdə görüşəcəklər.
Gündəlikdə duran əsas məsələnin Suriya olacağı, Astana formatında keçiriləcək üçtərəfli sammit çərçivəsində Ərdoğanın Putin və Rəisi ilə təkbətək görüşləri də planlaşdırılır.
Türkiyə, Rusiya və İranın qarant ölkə olaraq keçirəcəkləri danışıqlarda Suriyada son vəziyyət, yeni konstitusiya, siyasi həll prosesi, terrorla mübarizə, PKK/YPG terror təşkilatının təqib atəşləri və qaçqınların geri qaytarılması mövzuları müzakirə ediləcək.
Ərdoğan və Putin arasında bir müddətdir gündəmdə olan, Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatının da müzakirə ediləcəyi gözlənilir. Ərdoğan iyulun 11-də Putinlə telefon danışığında Suriyada transsərhəd mexanizminin genişləndirilməsinə önəm verdiyini vurğulayıb.
Danışıqlarda enerji və ərzaq böhranı ilə yanaşı, Rusiya-Ukrayna müharibəsinin də müzakirə olunacağı gözlənilir. Sammit həm də Rəisinin prezident seçildikdən sonra iştirak edəcəyi ilk görüş olacaq. Üç ölkə arasında Astana formatında sonuncu görüş 2020-ci il iyulun 1-də pandemiya ilə əlaqədar videokonfrans üsulu ilə keçirilib. Sonuncu üz-üzə sammit 16 sentyabr 2019-cu ildə Çankaya köşkündə baş tutub.
Mənbə: Hürriyet