Çavuşoğlu: “Rusiya və ABŞ-ın Türkiyəyə heç nə deməyə haqqı yoxdur”
“ABŞ-ın YPG-yə yardımından məyus olduğumuzu dəfələrlə dilə gətirmişik”.
Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV kanalına müsahibəsində deyib.
“Milli təhlükəsizlikdən söhbət gedəndə kimin nə dediyinin əhəmiyyəti yoxdur. Türkiyə beynəlxalq hüquq çərçivəsində nə lazımdırsa edir. Rusiya və ABŞ-ın Türkiyəyə heç nə deməyə haqqı yoxdur. Rusiyanın atdığı hər addım bizi qane etmir. Biz bununla bağlı kifayət qədər şəffaf davranırıq”, – deyə Türkiyə XİN rəhbəri vurğulayıb.