Rusiyadan kritik mesaj – “Türkiyədən xahiş etmişik ki…”

 

Rusiya Türkiyənin Suriyada hərbi əməliyyat keçirməkdən imtina edəcəyinə ümid edir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

Gərginlik artır: İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı

Diplomat bildirib ki, Moskva Ankaranı əməliyyat fikrindən daşındırmağın yollarını axtarmaqda davam edəcək.

“Türkiyə ilə işləməyə davam edirik. Ümid edirəm ki, siyasi və diplomatik xətlərdə razılıq əldə olunacaq”, – Boqdanov vurğulayıb.

 

Bundan əvvəl Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib ki, Moskva Ankaradan Suriyanın şimalında hərbi əməliyyat keçirməkdən imtina etməyi xahiş edib. Onun sözlərinə görə, bu, bölgədə təhlükəsizlik problemini həll etməyəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password