“Elə sahə deyin ki, orada monopoliya olmasın” – Deputatlar mübahisə etdi

 

“Azərbaycanda 3-4 sahədə inhisarçılıq ola bilər. Amma ümumilikdə monopoliya yoxdur”. 

Bunu Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.

“Əli Məsimli müəllim bildirdi ki, ölkədə monopoliya var. Konkret hansı sahələrdə inhisarçılıq var, onu demək lazımdır. Mən burada bəy tərifi ilə məşğul olmaq istəmirəm, amma ciddi dəyişikliklər var”, – deputat həmkarının çıxışına münasibət bildirib.

Deputat Əli Məsimli Rüfət Quliyevə cavab verib: “Rüfət müəllim, siz iqtisadiyyatın elə bir sahəsini deyin ki, orada monopoliya olmasın”.

Xatırladaq ki, deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında çıxış edərək ölkədə məmur monopoliyasının olduğunu, bunun Azərbaycan xalqına ziyan vurduğunu söyləyib.

Deputat bildirib ki, idxal inflyasiyası nəzərə alınsa da, ölkəmizdə məmur monopoliyasından yaranan inflyasiyanı hökumət üzvləri nəzərə almır.

“Monopoliyadan yaranan inflyasiya Azərbaycan xalqına böyük ziyan vurur. Məmur monopoliyası ilə qiymətin artırılmasının hər faizinə görə ildə Azərbaycanda əhalinin ailə büdcəsinə 400 milyon manat ziyan dəyir. Bu artım bir neçə faiz olanda isə həmin ziyan milyardlarla manat səviyyəsinə qalxır”, – deyə Əli Məsimli əlavə edib.

Deputat qeyd edib ki, Azərbaycanda anti-inflyasiya tədbirləri görülsə də, inflyasiyanın səviyyəsi artır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password