3 Avropa liderinin Zelenskidən gizli tələbi məlum oldu – Almaniya mediası açıqladı

 

Ötən gün Kiyevə gələn Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Mario Draqi Ukrayna lideri Volodimir Zelenski ilə bağlı qapılar arxasında keçirdikləri görüş zamanı bəzi gizli tələblər irəli sürüblər. Modern.az xəbər verir ki, bu barədə Almaniyanın “Die Welt” qəzeti yazıb.

“Kiyevə gələn Şolts, Makron və Draqi Ukraynaya Avropa Birliyi üzvlüyünə namizəd statusunun verilməsinin lehinə olduqlarını bildiriblər. Amma bu dəstək müqabilində Avropa liderləri Zelenskini Rusiya ilə dialoqu bərpa etməyə və onun prezident Vladimir Putinlə danışıqları təşkil etməyə çağırıblar”,– deyə qəzet qeyd edib.

İddia olunur ki, dövlət başçıları bağlı qapılar arxasında çox güman ki, Zelenskini Rusiya prezidenti Vladimir Putinlə danışıqlar masası arxasına oturmağa inandırıblar.

Adı çəkilən nəşrin bildirdiyinə görə, Almaniya, Fransa və İtaliyada Ukrayna-Rusiya müharibəsi nəticəsində yaranmış iqtisadi böhran getdikcə dərinləşir, inflyasiya rekord həddə çatıb.

Şolts, Makron və Draqi üçün böhranın mümkün qədər tez başa çatması vacibdir. İtaliyada vəziyyət getdikcə daha da xoşagəlməz hala gəlir: iqtisadiyyatın məhsuldarlığı münaqişə səbəbindən bərpa olunmasa, ölkənin sabitliyi təhlükə altında olacaq.

Xatırladaq ki, iyunun 16-da Zelenski Kiyevdə Avropa ölkələrinin liderləri ilə görüşüb. Almaniya, Fransa və İtaliya nümayəndələrindən başqa, Rumıniya prezidenti Klaus İohannis də Ukrayna paytaxtına gəlib. Dialoq zamanı Makron Ukraynanı Rusiya ilə danışıqlarda Fransa və Almaniyaya arxalanmamağa çağırıb. Onun fikrincə, Kiyevin özü də Moskva ilə dialoq modallığı yaratmalıdır. Öz növbəsində Şols Ukrayna və Moldovaya Avropa İttifaqına namizəd statusunun verilməsinin tərəfdarı olub.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Makron, Şols və Draqinin Kiyevə səfərini faydasız adlandırıb. O qeyd edib ki, avropalı siyasətçilərin səfəri “Ukraynanı sülhə yaxınlaşdırmayacaq”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bu görüşü şərh edib və ümid etdiyini bildirib ki, görüşdə təkcə Kiyevə silah tədarükü məsələsi müzakirə olunmayıb.

Bu arada Rusiya Ukrayna ilə kəsilən dialoqun təfərrüatlarını da açıqlayıb. Kiyevlə danışıqlarda Moskva nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Ukrayna Pentaqon və ABŞ Dövlət Departamenti rəhbərlərinin paytaxta səfərindən sonra görüşləri dayandırıb./azpolitika.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password