Prezidentin bu məsələyə toxunması təsadüfi deyil, ərzaq böhranı ciddi təhdiddir – Deputat
“Prezident İlham Əliyev Qlobal Bakı Forumunda çıxışı ilə sübut etdi ki, qaldırdığı məsələlər təkcə ölkəmizin deyil, regionun xeyrinədir və qlobal təhdidlərin yumşaldılmasına xidmət edir. Bu baxımdan Bakı Formunu yüksək qiymətləndirirəm”.
Bunu Milli Məclisdə çıxışı zamanı deputat Əli Məsimli deyib.
O əlavə edib ki, Rusiya-Ukrayna mübaribəsindən sonra logistika təhlükəsi yaranacağı ehtimal olunur: “Bu baxımdan Zəngəzur dəhlizi mühüm əhəmiyyət kəsb edir. Dəhlizin açılması həm dünyaya ucuz başa gələcək, həm də malların tez çatdırılması baxımdan effektiv olacaq. Bu baxımdan Qlobal forumda iştirak edənlər Zəngəzur dəhlizinin açılmasına töhvə verməlidir”.
Məsimli qeyd edib ki, dünyada ərzaq böhranı da hazırda ciddi təhdid sayılmalıdır:
“Azərbaycan Prezidentinin bu məsələyə diqqət ayırması təsadüfi deyil. Beynəlxalq qurumlar bu sahəyə milyardlar yönəltsə də, onların fəaliyyəti bizə məlumdur. Onlar ləngdir. Bu problem getdikcə çətinləşəcək. Bunun da hər bir ölkəyə təsiri olacaq, qiymətlərin artması formasında. Bizim taxılla ilə bağlı problemimiz var. Biz taxılın bir ölkədən asılılığını azaltmalıyıq. Eyni zamanda xaricdən alınan xeyli malları Azərbaycan özü istehsal edə bilər. Hesab edirəm ki, buna diqqət ayırmalıyıq”.