Xanlar Vəliyevin “Tərtər işi” ilə bağlı 1 ildə 3 fərqli açıqlaması

 

Bu gün Hərbi Prokurorluğun qarşısında Xanlar Vəliyevin istefası tələbilə aksiya keçirilib.

Aksiya ilə bağlı mediaya danışan hərbi prokuror “Tərtər işi” zamanı işgəncələrin qarşısını aldığını deyib və istefa tələbini absurd adlandırıb.

Bu isə onun “Tərtər işi” mövzusunda növbəti fərqli açıqlaması kimi tarixə düşüb.

Sosial şəbəkələrdə onun müxtəlif vaxtlarda bu cinayətlə bağlı mediaya açıqlaması qruplaşdırılıb.

Aprel, 2021: “Tərtər işi” söhbətləri yalandır.  Ümumiyyətlə, hesab edirəm ki, bu nağıldır və kim danışırsa, nağıl söyləyir”.

Noyabr 2021: “Tərtərdə kütləvi şəkildə hərbçilərə qarşı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilib”.

İyun 2022: “Mənim istefamı tələb etmək absurddur, Tərtərdə hərbçilərə işgəncələrin qarşısını mən almışam”./yenipress.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password