“Türkiyə İsveç və Finlandiyaya razılıq versə belə…” – ABŞ-dan kritik mesaj

Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri aldığı “əsas” gətirilərək, birtərəfli qaydada tərəfdaşı olduğu F-35 proqramından çıxarılmışdı.

Rəsmi açıqlama verilməsə də, Ankaranın Finlandiya və İsveçin NATO-ya üzvlüyü prosesindən F-35 proqramına qaytarılması üçün bazarlıq vasitəsi kimi istifadə etdiyi iddia edilib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Adam Smit məsələ ilə bağlı sualı cavablandırıb.

Smit jurnalistlərə açıqlamasında Türkiyənin F-35 proqramına qaytarılmayacağını deyib.

 

“Söhbət Türkiyənin Rusiyadan sistem aldığına görə cəzalandırılmasından getmir. Bu, S-400 və F-35-in eyni yerdə olması və kritik məlumatların rusların əlinə keçməsi ehtimalı ilə bağlıdır. Yəqin ki, F-35 olmayacaq. Avropanın Türkiyəyə nə satıb-satmayacağını bilmirəm”.

Adam Smitin Türkiyəyə silah ixracına icazə verilib-verilməməsi ilə bağlı yekun qərara birbaşa təsiri yoxdur. ABŞ-ın silah ixracı ilə bağlı məsələlər Xarici Əlaqələr Komitəsinin tabeliyindədir. Bununla belə, Smitin sözləri Co Bayden administrasiyasının fikrini əks etdirməsi baxımından önəmlidir.  /Teleqraf.com/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password