Vətəndaşlar icra başçılarına etibar etmir – Sorğu

 

Azərbaycanda yerli icra hakimiyyəti orqanlarına vətəndaş etimadı ürəkaçan deyil.

Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin Prezidentin cari ilin ilk dörd ayı (yanvar-aprel) üzrə keçirdiyi sosioloji sorğunun nəticələrinə açıqlanıb.

Sorğu çərçivəsində vətəndaşların yerli icra hakimiyyəti orqanlarına inam və etimadı da öyrənilib.

Sorğu iştirakçılarının 22,7%-i yerli icra hakimiyyəti orqanlarına tam, 22,8%-i əsasən etibar etdiyini bildirib. 14,1% respondent əsasən etibar etmədiyini, 37,3% heç etibar etmədiyini qeyd edib. 3,2% respondent qərarsız mövqe nümayiş etdirib.

Sorğu Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonları üzrə keçirilib və 1081 respondentin rəyi öyrənilib.

Sosial Tədqiqatlar Mərkəzi prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ildə yaradılıb.

STM Azərbaycandaa ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil, ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edir, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edir.

Prezidentinin 11 fevral 2019-cu il tarixli sərəncamı ilə Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password