Bu qaz yatağı zirvə hasilatına çatacaq – Ərdoğan

 

2023-cü ilin birinci rübündə birinci mərhələdə gündə hasil olunacaq 10 milyon kubmetr təbii qazı milli ötürmə sistemimizə köçürəcəyik. İnşallah, Sakarya Qaz Yatağı 2026-cı ildə zirvə hasilatına çatacaq.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dəniz qazının ilk borularının endirilməsi və qaynaq mərasimində çıxışı zamanı bildirib.

Ötən il təməli qoyulan təbii qaz emalı zavodunun tikintisinin davam etdirildiyini bildirən Türkiyə Prezidenti qeyd edib ki, hazırda ölkəsinin özünəməxsus dörd qazma və iki seysmik tədqiqat gəmiləri var.

Bildirilib ki, Türkiyənin etdiyi bu kəşf ölkənin strateji mövqeyini artırdı. Dünyada hədsiz qiymət artımı var. Enerji daşıyıcılarının bahalaşması inflyasiyada da özünü göstərib. Türkiyə ölkə olaraq vətəndaşlarını qorumaq üçün dəstək mexanizmlərini işə salıb.

Ölkənin Qazma işləri ilə ön plana çıxan Sultan Əbdülhəmidin adının dördüncü qazma gəmisinə verildiyini qeyd edən Prezident Ərdoğan Türkiyəni enerji təchizatı təhlükəsizliyi problemini tamamilə həll etmiş bir ölkəyə çevirənə qədər mübarizəni çoxşaxəli şəkildə davam etdirəcəklərini deyib.

Sonra Qara dəniz qazını quruya ötürəcək ilk borular qaynaq edilərək suya endirilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password