Rusiyada iqtisadi çöküş başlayıb – Sanksiyaların təsiri 15 ilin naliyyətlərini heçə endirib

 

Rusiya iqtisadiyyatı 2022-ci ildə 15 faiz və 2023-cü ildə 3 faiz geriləyəcək. Beləliklə, Qərb sanksiyalarının zərbəsi, ölkədən xarici şirkətlərin getməsi, “zəka axını” və ixracatın çökməsi son 15 ilin nailiyyətlərini heçə endirəcək.

Bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (Institute of International Finance, IIF) Ukraynada müharibə başlanandan sonra açıqlanmış ilk hesabatında deyilir.

IIF baş iqtisadçısının müavini Elina Rıbakova hesab edir ki, Qərb sanksiyaları son 30 ilin investisiyalarını tamamilə sıradan çıxarıb. Onun sözlərinə görə əgər Avropa Rusiyanın enerji daşıyıcılarından tam imtina edərsə, iqtisadiyyat orta perspektivdə daha da geriləyəcək.

Rıbakovanın fikrincə, rublun ilkin çöküşdən sonra dəyərini bərpa etməsini Rusiya iqtisadiyyatının gözlənildiyindən daha möhkəm olması kimi qiymətləndirmək olmaz.

Rıbakova düşünür ki, Rusiya banklarının kifayət qədər valyuta ehtiyatı var. Buna səbəb idxalın tamamilə çökməsidir. Rusiya şirkətləri və istehlakçıları isə bu valyutanı heç nəyə xərcləyə bilmirlər.

İqtisadçı hesab edir ki, xüsusilə də əgər Avropa İttifaqı neft və qazın idxalını əhəmiyyətli dərəcədə ixtisar edərsə, sanksiyaların təsiri zamanla daha da artacaq, hərçənd buna aylar və bəlkə də illər gedəcək.

IIF-in proqnozuna görə Rusiyada 2022-ci ildə əsas kapital yığımı 25 faiz, idxal 28 faiz, ixrac isə 25 faiz azalacaq. Hesabatda deyilir ki, fevralın sonunda atılmış əhəmiyyətli addımlara baxmayaraq, Rusiya hələ tənəzzülün pikinə çatmayıb.

Bu da qeyd olunur ki, maliyyə və Rusiya ixrac və idxalının əsas sahələrinə əlavə sanksiyaların qoyulması Rusiya iqtisadiyyatı üçün fəlakətli nəticələrə gətirib çıxara bilər.

Hesabata görə bütün bunlara görə sanksiyaları qoyan ölkələr də əhəmiyyətli zərər görəcəklər./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password