Lavrovun Türkiyə səfəri – Çavuşoğlu ilə görüşdə nələr müzakirə olunub?
BMT-nin Ukraynadan taxıl ixracını bərpa etmək üçün dəhliz açmaq planı ağlabatandır və gəmilərin təhlükəsizliyini təmin etmək üçün bütün tərəflərlə əlavə danışıqlar lazımdır.
Türkiyə mediasının verdiyi xəbərə görə, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 8-də Ankarada Rusiyalı həmkarı Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdən sonra birgə mətbuat konfransında deyib.
Lavrov isə deyib ki, idxalın bərpası üçün Ukrayna öz limanları ətrafından minaları təmizləməlidir.
Görüşdə Rusiya ilə Ukrayna arasındakı hərbi münaqişə və digər regional məsələlər də müzakirə olunub.
Cavuşoğlu, Moskva ilə Kiyev arasında danışıqların bərpasının mümkünlüyünü və ümumilikdə görüşün səmərəli olduğunu bildirib.
Sergey Lavrovsa bildirib Rusiya tərəfi bu görüşdə bir daha öz sərhədləri yaxınlığında xarici oyunçular tətəfindən yaradılmış təhlükə barədə məsələ qaldırıb.
Rusiya mətbuatının yazdığına görə, Lavrov Putin və Zelenski arasında birbaşa görüşün mümkünlüyünə də toxunub. Qeyd edib ki, bunun üçün ilk növbədə tərəflər arasında danışıqlar prosesini bərpa etmək lazımdır.
Çavuşoğlu belə bir görüşün təşkilinə hazır olduqlarını bildirib.
Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında son birbaşa görüş, bu il martın 29-da Ankaranın vasitəçiliyi ilə İstanbulda baş tutub.