Xatırladaq ki, ötən gün jurnalist M.İbrahimovun şəhid olmasının ildönümü münasibətilə anım mərasimi keçirilib. Mərhumun Müşfiqabad qəsəbə qəbiristanlığındakı məzarı ziyarət olunub. Mərasimdə M.İbrahimovun iş yoldaşları, media nümayəndələri, ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid jurnalistin məzarı önünə əklil qoyulub, gül dəstələri düzülüb.
Qeyd edək ki, iyunun 4-də AZƏRTAC-ın müxbiri M.İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından bir il ötdü. Xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobili ötən il iyunun 4-də rayonun Susuzluq kəndində tank əleyhinə minaya düşüb.
Nəticədə çəkiliş qrupunun iki üzvü – S.Abışov və M.İbrahimov, habelə Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyev şəhid olub, daha 4 nəfər isə yaralanıb.
“Global Photo Stock”un əməkdaşı mərasimdən görüntülər lentə alıb: