Paşinyan eyni vaxtda üç stulda oturmaq istəyir – Korotçenko

 

Biz Azərbaycana öz strateji tərəfdaşı kimi baxırıq və bu əlamətdar gündə Azərbaycan xalqına və Azərbaycan dövlətinə ən səmimi təbriklərimizi, ən xoş arzularımızı çatdırırıq.

Bunu “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Ekspert Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların işi haqqında suala cavab verərək deyib:

“İndi biz ziddiyyətli bir vəziyyət müşahidə edirik. Bir tərəfdən, Ermənistan rəhbərliyi Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sonrakı demarkasiyası prosesinə başlamağa hazır olduğunu bildirir, amma digər tərəfdən – siyasi turbulentlik, Ermənistan müxalifəti tərəfindən revanş cəhdləri Ermənistanın Baş naziri Nikol Paşinyanın fəaliyyəti üzərinə müəyyən məhdudiyyətlər qoyur. Paşinyan eyni vaxtda üç stulda – Amerika, Rusiya və Avropa stullarında oturmaq istəyir”.

İ.Korotçenkonun fikrincə, Ermənistan üçün Azərbaycanla münasibətlər qurulması və Azərbaycanın ərazi bütövlüyünün qəti tanınması şərtilə sülh müqaviləsinin imzalanması prosesinin alternativi yoxdur.

Ekspert Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə keçirilmiş sammitin nəticələrinə də toxunub. O deyib: “Bütövlükdə, Brüssel sammitinin yekunlarını sonrakı və razılaşmaları Azərbaycanın böyük diplomatik qələbəsi kimi qiymətləndiririk. Prezident İlham Əliyev – təcrübəli diplomat və öz addımlarını qabaqcadan ölçüb-biçən həssas siyasətçidir”.

Politoloq vurğulayıb ki, Rusiyanın və Azərbaycanın birgə səyləri Ermənistanın konstruktiv yola düşməsinə, həm Üçtərəfli Bəyanat üzrə, həm də sonrakı yüksək səviyyəli razılaşmalar üzrə özünün bütün öhdəliklərini yerinə yetirməsinə imkan yaradacaq./*axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password