Sərhəd qüvvələri Paşinyana tam tabe olmur – Şəfiyev

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev son zamanlar Ermənistan tərəfindən dövlət sərhəddində törədilən təxribatlara münasibət bildirib.

Qurum rəhbəri açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyanın hərbi qüvvələrə tam nəzarət edə bilmədiyini deyib.

“Bu strukturlarda uzun illərdir ki, Ermənistanın keçmiş dövlət başçıları Robert Köçəryan və Serj Sarqsyan klanının adamları işləyir. Bu hal Ermənistanın Xarici İşlər Nazirliyində (XİN) də müşahidə olunurdu. Hazırkı XİN rəhbəri isə o sistemdən deyil. O, kənardan gətirilən bir şəxsdir. Mən düşünmürəm ki, Paşinyan hökuməti sərhəd zonasında hər hansı bir münaqişə, gərginlik ocağının yaranmasında maraqlıdır. Hesab edirəm ki, sərhəd qüvvələri ona tam tabe olmur”, – F.Şəfiyev bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password