Regional problemləri özümüz həll etməliyik – TBMM sədri

 

Bu konfransa ev sahibliyi edən Azərbaycana təşəkkür edirəm. Türkiyə parlamentlərarası münasibətlərin gücləndiriməsinə böyük önəm verir.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında çıxışı zamanı deyib.

M.Şentop bildirib ki, kosonavirus pandemiyası dünyada dərin sosial, iqtisadi və digər problmlərə səbəb olub.

“Eyni zamanda, pandemiya sağlamlığımıza da təsir edib. Pandemiya göstərdi ki, hamımızın aqibəti eynidir və problemləri həll etmək üçün biz birgə hərəkət etməliyik. Bunun üçün regional əməkdaşlıq və həmrəylik vacibdir. Burada parlament diplomatiyasının əhəmiyyəti böyükdür. Biz öz aramızda əməkdaşlığı güclü şəkildə inkişaf etdirməliyik. Regional məsələlərin həllini qlobal aktorların əlinə verməməliyik. Çünki onlar problemləri dərinləşdirərək daha çox göz yaşı axıdan qərarlar verirlər, biz bunu təcrübədə də gömüşük. Qlobal aktorların səmimiyətdən kənar, yalnız öz maraqları naminə müdaxiləsi heç bir ölkəyə sülh, çiçəklənmə gətirməyib, əksinə prblemləri daha da dərinləşdirib. Bizim bunlardan dərs çıxarmağımız vacibdir. Ona görə də regional problemləri biz özümüz həll etməliyik”, – deyə o əlavə edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password