Hikmət Hacıyev: “Azərbaycana qarşı qarayaxma kampaniyaları davam edir”

 

“Təəssüflər olsun ki, ölkələrimizə qarşı qarayaxma, saxta xəbər kampaniyaları bu gün də davam etməkdədir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin İstanbulda keçirilən 4-cü toplantısında deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqilliyinin ilk illərindən bu hücumlara məruz qalıb: “Xüsusilə 44 günlük İkinci Qarabağ müharibəsində psixoloji müharibənin bütün elementləri ilə üz-üzə gəldik. Diplomatlarımızın, siyasətçilərimizin bir cəbhədə çalışdığı kimi, Azərbaycan və Türkiyə mediasının da birgə çalışması nəticəsində haqq-ədaləti dünyaya çatdırmış olduq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password