Rusiyanın dörd şəhəri raketlərlə vuruldu
Bu gecə Rusiya Federasiyasının Belqorod, Bryansk, Voronej və Kursk şəhərlərində səhər saatlarınadək hava hücumundan müdafiə sistemləri çalışıb.
Səbəb həmin şəhərlərin raketlərlə atəşə tutulmasıdır.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun dediyinə görə, ilk partlayış səsini 03.35 radələrində eşidib.
“Daha sonra üç partlayış səsi gəldi. İlkin məlumatlara görə, Belqorodun qərbindəki mikrorayonun səmasında hədəflər vurulub”, – V.Qladkov bildirib.
Kurs şəhərinə də raketlər atılıb. Şəhər kənarındakı hava hücumundan müdafiə sistemlərinin üç hədəfi səmada vurduqları vurğulanır.
Voronejdə iki partlayış səsinin eşidildiyi idda olunur. Şəhər səmasında naməlum PUA vurulub.
Belqorod şəhərində isə hərbi hissənin böyük sursat anbarı raketlə vurulub, partlayışlar olub. Gecə saatlarında başlanmış yanğın hələ də davam edir.
Staraya Nelidovka kəndinin yaxınlığındakı sursat anbarı da vurulub. Anbardakı yanğın söndürülüb./milli.az