İslamda oruc tutmaq sosial məsuliyyət gətirir

 

İslamda oruc tutmaq sosial məsuliyyət gətirirİslam təlimləri müxtəlif yollarla insanı yeyib-içməyə həssas edir. “Belə isə, insan öz yeməyinə baxmalıdır!” (Əbəsə surəsi ayə 24).

Yemək və içmək hər kəsin məşğul olduğu ən həyati insan fəaliyyətlərindən biridir.

Münaqişələrin, müharibələrin çoxu həmişə birbaşa və dolayısı ilə onunla bağlı olub.

İslamın yemək-içmə ilə bağlı təlimlərinə daha dərindən nəzər salmaq və onların toplusuna nəzər salsaq, bəslənmə ilə bağlı davranış sisteminin qurulmasından sonra müsəlmanlara vacib olan ayin və vəzifələr və nəticədə insan haqqında xüsusi qayda-qanunlar müəyyən edildiyini görərik.

Bu da insan münasibətlərini tənzimləmək və nəticədə sağlam cəmiyyətin yaradılmasıdır. Bu davranış sisteminin xülasəsini “oruc tutmaq” tapşırığında görə bilərik.

1-İbadət və mənəviyyat

“Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə də oruc yazıldı ki, bəlkə təqvalı olasınız”. (Bəqərə surəsi ayə 183).

Ramazan ayında sübh azanından məğribə qədər yeyib-içməyin qadağan edilməsi insanın Allahla əlaqəsini gücləndirmək, insan mənəviyyatının yüksəlməsinə zəmin yaratmaq

məqsədi ilə irəli sürülən bir işdir. Amma orucun başqa cəhətləri də var.

2-Yeməklərin təmizliyinə diqqət yetirin

“Ey insanlar, yer üzündə olan şeylərin halal və paklarından yeyin, faydalanın və şeytanın addımlarına tabe olmayın ki, o sizin aşkar düşməninizdir”. (Bəqərə surəsi ayə 168).

“Halal” İslam şəriətində icazə verilən davranışlar toplusunu ifadə edən universal bir termindir. Halalın nümunələrdən biri də qidalanmadır ki, 3 halda qeyd olunub.

Birincisi, yeməyin əldə edilmə üsulu halal olmalıdır. Yəni müsəlmanın yeməyi başqalarına zülm etməklə əldə edilməməlidir.

İkincisi, yeməyin özü təmiz olmalıdır. Bu mənada yeyib-içmək islamda “nəcis” sayılan çirklənmiş əşyaları ehtiva etməməlidir.

Üçüncüsü, halal yemək miqdarında yeyilməlidir. Əgər normadan artıq istifadə edilərsə, o, sözdə israfçılıqdır ki, bu da qəti qadağandır.

“Allahın ruzilərindən yeyin, için və bu yer üzündə fəsad törədən hərəkət etməyin”. (Bəqərə surəsi ayə 60).

Yuxarıdakı üç şeydən hər biri yemək və ya içməyin “haram” sayılmasına səbəb olur. maraqlı məqam budur ki, əgər oruc tutan haram yeməklə iftar edərsə, onun orucunun heç bir dəyəri yoxdur və Allah yanında qəbul olunmur.

3- İmkansızlara kömək etmək

Aclıq ağrısını yaşamaq hər oruc tutanı acların vəziyyətindən daha çox xəbərdar edir. Bu təcrübə Ramazan ayında ehtiyacı olanlara kömək etmək üçün bir çox tövsiyələrlə yanaşı, cəmiyyətdə yoxsulluğun və aclığın aradan qaldırılması üçün geniş istək yaradır.

Bu həqiqət bir şəri əməlin sosial və islahedici cəhətlərini göstərir. Hansı ki, bu, həm də cəmiyyətə daxil olmaqla, insan münasibətlərinin mühüm hissəsini yaxşılaşdıra bilər.

Təbii ki, ehtiyacı olanlara kömək etmək təkcə Ramazanla məhdudlaşmır. Daha doğrusu, Quranda o qədər əhəmiyyət kəsb etmişdir ki, həmişə namaz qılmaqla yanaşı qeyd edilmiş və Quranın 200 ayəsi bu məsələyə toxunmuşdur:

“Öz mallarını gecə və gündüz, gizlin və aşkar xərcləyənlərin Rəbbi yanında məqamlarına layiq mükafatları vardır. Onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar”. (Bəqərə surəsi ayə 274)./milli.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password