Erməni “soyqırımı” yalanını ABŞ bu cür hazırlayıb – Foto

 

Bu xəritə 1813-1914-cü illər arası Osmanlı imperiyasında yaşayan ermənilərin məskunlaşdığı yerlərdir. 1 milyon 20 min qriqorian, 60 mindən bir az çox katolik ermənilərin yaşadıqları böyük bir ərazidə 1.5 milyon erməninin öldürülməsi nə dərəcədə real ola bilər? Ümumiyətlə o dövrdə Osmanlı imperiyasında 1.5 milyon erməni yox idi və bu sualı ermənilərə verəndə susurlar.

Bu sözləri tarixçi alim Zaur Əliyev qondarma erməni soyqırımı haqda qeyd edib.

O bildirib ki, 1.5 milyon erməninin guya öldürülməsi söhbəti ABŞ-da yaranıb:

“Məhz Amerika bu qondarma rəqəmləri dünyaya yayıb. Çünki artıq 1914-cü ildə Amerika rəsmləri Osmanlı ərazisində bu prosesi hazırlayırdılar.

Osmanlı dövləti 1914-cü ildə ABŞ-a səfir təyin edir – bu Əhməd Rüstəm bəy idi və onun 24 iyun 1914-cü ildə vəzifəsinə başlayan kimi nəzərdən keçirdiyi ABŞ qəzetləri artıq müsəlman türklərin xristian erməniləri qılıncdan keçirdiyini yazırdı; türklər təhqir olunur, Amerika prezidentindən Osmanlının dənizlərinə döyüş gəmilərini göndərmək tələb edirdilər. 1914-cü ildə soyqırım söhbəti belə yox idi, amma Amerika mediası bunu yazırdı.

Amerika rəsmləri səfirə ciddi təzyiqlər edirdilər, onu persona non qrata elan etmək üçün səbəb axtarırdılar. 1914-cü ildə ABŞ-da erməni soyqırımı təbliğatına qarşı mübarizə aparan, ABŞ Prezidenti Vilsona “Sən əvvəl öz qanlı əllərini təmizlə” deyən səfir Prezident Vilsonun təkidi ilə Amerikanı tərk edir.

Bu, hadisələrin başlanğıcı idi. Amerika xüsusi missionerləri Osmanlı torpaqlarında üsyan layihəsi hazırlayırdılar və Osmanlı kəşfiyyatı bu barədə məlumatlı idilər. Köçürülmə qərarından sonra 13 vilayətdə yaşayan (300 min) erməni onlara dəyən zərəri ödəməklə digər ərazilərə köçürülməsi başlandı. Amerika və ona o zaman dəstək verən Fransa və Rusiya ermənilərin o ərazidən köçürülməsi ilə razılaşa bilmirdilər və bu hadisədən sonra dünyada Osmanlını sıxmağa başladılar. Ölən 250 min ölən erməninin sayı 1.5 milyona “qaldırıldı”. Amerika bu günə qədər də Türkiyəyə uydurma soyqırım vasitəsilə təzyiq etməyə çalışır”.

Dosent sonda bir daha vurğulayıb ki, Osmanlı torpaqlarında erməniləri üsyan etməyə təhrik edən Amerika, bu layihənin rəhbəri Vudro Vilson idi./kult.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password