Rəşad Nəbiyev: “Azərbaycanda kibertəhdidlərə hazır olan bir cəmiyyət qurmalıyıq”

 

“Dünyada baş verən rəqəmsallaşma bizi bir sıra çağırışlarla üz-üzə qoyur”.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatlatı Assosiasiyası” (AKTA) İctimai Birliyinin təqdimat mərasimində bildirib.

R.Nəbiyevin sözlərinə görə, bu baxımdan nazirlik bir neçə istiqamətli siyasət müəyyən edib: “İlk növbədə bu rəqəmsallaşma səviyyəsində kibertəhdidlərə hazır olan bir cəmiyyət qurmaq. Bu cəmiyyətdə istər mərkəzi icra hakimiyyəti orqanlarının siyasəti, istərsə bizim infrastruktur məsələlərimiz, istərsə də bizim qanunvericilik məsələlərimiz.

İkinci buradan doğan ən vacib məsələ, kritik infrastruktur və kritik infrastrukturun özünün müəyyən edilməsidir. Bu və ya digər ölkələrdə, cəmiyyətlərdə kritik infrastruktur fərqli anlayışla müəyyən edilə bilər. Biz, Dövlət Təhlükəsizliyi Xidməti və digər dövlət qurumları ilə birlikdə çalışırıq ki, elə bir kritik infrastruktur müəyyən edilsin ki, ölkədə ümumi inkişafa mənfi təsir etməməklə eyni zamanda bizim üçün vacib olan milli təhlükəsizliyimizin qorunmasını təmin etsin. Həmçinin tənzimləmə mexanizmləri elə qurulmalıdır ki, buradan hamı uduşlu çıxsın”.

Nazir əlavə edib ki, kibertəhlükəsizliklə bağlı milli strategiya yekunlaşmaq üzrədir: “44 günlük Vətən müharibəsində biz gördük ki, yerdə olan təhdidlərlə yanaşı virtual aləmdə olan təhlükələr də vacibdir. Biz artıq gedəcəyimiz yolun strategiyası barədə düşündük. Ona görə də, 2022-2027-ci illər üzrə informasiya və kibertəhlükəsizlik sahəsində strategiya var. Hesab edirəm ki, yaxın zamanlarda bu strategiya qəbul olunmaqla bizim bu sahədəki işlərimizə öz təkanını verəcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password