Makronun Türkiyə düşmənliyi on iki bənddə – Skandal faktlar
Fransada ikinci tur seçkilərində Marin Le Penlə rəqabət aparacaq Emmanuel Makron prezidentliyi dövründə Türkiyəyə düşmənçilik edən siyasətə rəhbərlik edib.
Bu barədə Türkiyənin “Haber7” saytında dərc olunan məqalədə bildirilib.
Fransa Makronun dövründə Şərqi Aralıq dənizində Türkiyənin suverenliyini pozmağa çalışıb, PKK-YPG terror təşkilatına dəstək verib, “erməni soyqırımı” sözçüsü kimi çıxış edib, Prezident Rəcəb Tayyib Ərdoğanı təhqir edən ifadələr işlədib.
Anti-Türkiyə sammitinin öncülü
Fransanın rəhbərliyi ilə 2020-ci il sentyabrın 10-da Korsika adasında yeddi Avropa ölkəsinin qatıldığı anti-Türkiyə MED-7 sammiti keçirilib. Makron bədnam sammitdə Avropanı Türkiyəyə qarşı vahid mövqedə birləşməyə çağırıb.
Türklərə qondarma soyqırımı böhtanı
Makron 2019-cu il fevralın 6-da 24 apreli “erməni soyqırımını anma günü” elan edib. 2020-ci ilin yanvarında “erməni soyqırımı”nın inkar edənlərin cəzalandırılması üçün qanuni iş apardıqlarını açıqlayıb.
PKK-YPG-yə aktiv dəstək
2018-ci ilin mart və 2019-cu ilin aprel aylarında Yelisey Sarayında “Suriya Demokratik Qüvvələri”nin nümayəndə heyətini qəbul edən Makron SDQ-yə aktiv dəstək sözü verib. Fransa Xarici işlər naziri Jan-İv Lö Drian terror təşkilata vəsait ayıracaqlarını bəyan edib. Ayn əl-Ərəbdə fəaliyyət göstərən Fransanın sement nəhəngi “Lafarge” fabrikinin PKK/PYD-yə dəstək verdiyi üzə çıxıb.
Şərqi Aralıq dənizində türk gəmisinə basqın
Fransız hərbi gəmisi 10 aprel 2021-ci il tarixində Liviyaya gedən türk yük gəmisinə müdaxilə etməyə çalışıb. Türkiyənin döyüş gəmisinin əraziyə gəlməsindən sonra fransızlar qaçıblar. Məsələni NATO-ya çıxaran Fransa əleyhinə hesabat ortaya çıxanda dəniz əməliyyatında iştirakını dayandırıb.
Türkiyənin qitə şelfini yarmaq cəhdi
2021-ci il aprelin 15-də Fransanın “L’atalante” tədqiqat gəmisi Yunanıstanın tələbi ilə Türkiyənin qitə şelfinə girməyə cəhd edib. Bölgəyə türk freqatı göndərildikdən sonra Fransa gəmisi və onun yanındakı Yunanıstan freqatı tələsik bölgəni tərk edib.
Anti-Türkiyə cəbhəsində
Fransa ABŞ, İsrail, İngiltərə, Yunanıstan və Cənubi Kipr kimi ölkələrin iştirakı ilə keçirilən “Nemesis”, “Nobel Dina”, “Meduza” kimi təlimlərdə fasiləsiz iştirak edib. Sözügedən təlimlərdə Türkiyəyə qarşı hərbi addımlar məşq edilib.
Türkiyəyə sanksiya çağırışı
Türkiyə “Oruc Rəis” gəmisini Aralıq dənizindəki qitə şelfinə göndərdikdən sonra Makron Avropa Birliyini sanksiyalara çağırıb.
Qiyamçı generala dəstək
Liviyada qiyamçı general Xəlifə Haftarın paytaxt Tripolini mühasirəyə aldığı 14 ay ərzində Fransa onun ən mühüm dəstəkçisi olub. BMT-nin təsdiq etdiyi silah embarqosuna baxmayaraq, Fransa Haftara həm silah, həm canlı qüvvə, həm də cihadçılar göndərib.
Cənubi Kiprin qorunmaq
2020-ci il avqustun 1-də Fransa ilə Cənubi Kipr arasında “Müdafiə sahəsində əməkdaşlıq müqaviləsi” imzalanıb. Razılaşma müqabilində fransızlar Yunan Kiprindəki hava bazaları və limanlarından istifadə etmək imtiyazını əldə ediblər.
Yunanlara onları Şərqi Aralıq dənizində dəniz quldurlarından qorumaq zəmanəti verilib.
Yunanıstana silahlı dəstək
2021-ci il oktyabrın 8-də Fransa və Yunanıstan arasında “Müdafiə və Təhlükəsizlik Sahəsində Əməkdaşlıq üzrə Strateji Tərəfdaşlıq Sazişi” imzalanıb. Yunanıstana 24 “Rafale” döyüş təyyarəsi və 3 “Belharra” freqatının satılması qərara alınıb.
Ərdoğanın təhqir edilməsi
Makron bir dəfə “dünya lideri” olmağın göründüyü qədər asan olmadığını bildirmiş, “Məsələn, Ərdoğanla on gündən bir danışmaq məcburiyyətində olan mənəm” demişdi.
Qarabağ separatçılarına dəstək
Makronun türk düşmənliyi təkcə Türkiyə ilə məhdudlaşmayıb, Azərbaycan da bu qərəz və düşmənçilikdən öz “pay”ını alıb.
Fransa senatı 2020-ci il noyabrın 25-də qondarma DQR-in tanınması haqqında “qətnamə”ni təsdiq edib. Azərbaycanla və Ermənistan arasında 44 gün davam edən müharibədə Parisdən tez-tez İrəvana dəstək bəyanatları səslənib.
Makron “Azərbaycan Ermənistanla sərhəd rayonlarından çəkilməlidir”, açıqlamasını vermişdi./teleqraf.com