“ƏDV-nin geri qaytarılması ləğv ediləcək”
Hər bir şeyin sonu var və “ƏDV geri al” da istisna deyil
Azərbaycanlıların nağdsız ödənişlərə marağının stimullaşdırılması və ödənişlərin leqallaşdırılması üçün nəzərdə tutulan ƏDV-nin qaytarılması mexanizmi məhdudiyyətsiz deyil. İqtisadçı Eldəniz Əmirov açıqlamasında deyib ki, nə vaxtsa məqsədinə çatan hökumət bu təşəbbüsü ləğv etmək qərarına gələcək.
Onun fikrincə, ötən ilin mart ayından irəli sürülən təşəbbüsün məqsədlərini nəzərə alsaq, məqsədin yerinə yetirilməsi populyar yeniliyin lüzumsuz olduğu üçün ləğv edilməsinə gətirib çıxaracaq: “Əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması mexanizmi nəhayət başa çatacaq. Bu gün çox populyardır. Artıq ötən ilin noyabrınadək bu sxem üzrə 120 milyon manat əhaliyə qaytarılıb. Layihədən 1,6 milyon insan faydalanıb”.
“Oxşar hesablamalar aparsaq, hazırda 2 milyona yaxın insan xidmətdən istifadə edib və onlara qaytarılan pulun məbləği yəqin ki, artıq 170 milyon manata çatıb. Hesab edirəm ki, ödənişlərin leqallaşdırılması ilə bağlı qarşıya qoyulan məqsədlərə çatanda layihə başa çatacaq”, – deyə mütəxəssis bildirib.
Bununla yanaşı, Əmirov “ƏDV geri al” layihəsinin nə vaxt başa çatacağını proqnozlaşdırmaqda çətinlik çəkir: “Sözügedən qərar bir sıra hallardan asılı olacaq”.
Bir sıra analitiklərin fikrincə, əhali tərəfindən çox sevilən təşəbbüs, əslində vergi ödənişlərində şəffaflıqdan daha çox şeyə səbəb olub. İqtisadçı ekspert Natiq Cəfərlinin dediyinə görə, bu, digər məsələlərlə yanaşı, getdikcə bazarda öz yerini iri pərakəndə satış şəbəkələrinə verən orta və kiçik biznes üçün təhlükəyə çevrilib.
“Hətta supermarketlərin genişmiqyaslı “işğalı” başlamazdan əvvəl bizim yaşayış məntəqələrində ən azı 30 min kiçik mağaza və bazar fəaliyyət göstərirdi. ƏDV-nin qaytarılması qaydaları iri pərakəndə satış şəbəkələrinin maraqlarına uyğundur”, – deyə həmsöhbətimiz vurğulayıb.
Xatırladaq ki, 2020-ci ilin may ayında vergi ödənişlərinin şəffaflığını təmin etmək məqsədilə “ƏDV geri al” layihəsinə start verilib. Layihənin təşəbbüskarı onu bəzi banklarla “birlikdə həyata keçirən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir.
Qaydalara görə, onlar yalnız ildə 200 min manatdan çox dövriyyəsi olan obyektlər olan ƏDV ödəyicilərinə aiddir. ƏDV-nin qaytarılması qaydalarını tətbiq etmək üçün satan tərəf yeni nəsil nəzarət-kassa aparatları ilə təmin edilməlidir. Nağdsız ödənişlər üçün ƏDV-nin 15%-i, nağd ödənişlər üçün isə 10%-i geri qaytarılır.
Yeri gəlmişkən, ötən ilin dekabrında Milli Məclis Vergi Məcəlləsinə dəyişiklik edərək, avtomobillərin, spirtli içkilərin və tütün məmulatlarının alınmasına görə bu dolayı verginin qaytarılmasını aradan qaldırıb.
Bu addım ekspert dairələrində və cəmiyyətdə müsbət qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri yazırlar ki, məhz qeydiyyatsız pulların böyük dövriyyəsi olan sahələrdə əlavə dəyər vergisinin qaytarılmaması qərara alınıb. Xarici siqaretlərin əlbəəl satıldığını, topdan spirtli içki mağazalarında çek verilmədiyini söyləmək sübut üçün kifayətdir./ayna.az