Erməni deputatlar Qarabağa “gözdağı” üçün gəlirdi, özlərinə gözdağı verildi

 

Bir qrup erməni deputatının rus sülhməramlıları tərəfindən Qarabağa buraxılmamasının səbəbi Azərbaycanın sərt xəbərdarlığıdır.

Fərhad Məmmədov: "Terrorizm bu gün də erməni milli ideologiyasının  dayaqlarından biridir"

Bu sözləri açıqlamasında politoloq Fərhad Məmmədov deyib. Politoloq Ermənistan müxalifətinin danışıqlar prosesinə əngəl olmaq üçün öz nümayəndələrini qanunsuz şəkildə Qarabağa göndərmək cəhdi bütün tərəflərin zərərinədir:

“Əvvəllər belə təxribatçı səfərlər haqqında onlar başa çatdıqdan sonra məlumat verilirdi. Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyanın və Fransada prezidentliyə namizəd Valeri Pekresin Qarabağa qanunsuz səfərləri zamanı da biz bunun şahidi olduq. Lakin bu dəfə sözügedən erməni deputatlar nümayişkaranə formada Qarabağa səfər edəcəklərini elan etdilər. Rus sülhməramlıları da Azərbaycanın erməni deputatların səfərinə çox sərt şəkildə cavab verəcəyini bildikləri üçün onların təxribatının gerçəkləşməsinə imkan vermədi. Digər tərəfdən hər kəsə “Ermənistan” blokunun bilərəkdən təxribata əl atdığı aydındır. Çünki Azərbaycan və Ermənistan tərəfi Qarabağ probleminin həlli ilə bağlı konkret addımlar atmaq ərəfəsindədir və artıq sərhədlərin dəqiqləşdirilməsi, yekun sülh müqaviləsinə hazırlıqla bağlı birgə işin aparılması ilə bağlı razılıq əldə olunub. Eyni zamanda Paşinyanın Rusiyaya səfəri ilə bağlı hazırlıq gedir. Ona görə erməni deputatlarının Qarabağa səfəri və Azərbaycanın səfərə haqlı şəkildə sərt cavab verməsi prosesin gedişatını mürəkkəbləşdirə bilər. Cənab İlham Əliyevin də son müşavirədə qeyd etdiyi kimi, erməni müxalifəti hazırda müzakirələr prosesini ləngitməyə və yekun sülh müqaviləsinin imzalanmasına əngəl olmağa çalışır. Belə qanunsuz addımların isə heç kimə faydası yoxdur. Çünki danışıqlar prosesində Rusiya və Qərb də iştirak edir. Fikrimcə, rus sülhməramlılarının səfərə imkan verməməsinin də əsas səbəbi budur”./yenipress.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password