Rusiyanı Brüssel görüşündən narazı salan səbəb? – Moskva qəzəbini gizlədə bilmir

 

“Brüssel sülh gündəliyinə uyğun olaraq baş tutan danışıqların ikinci raundu başa çatandan sonra Sergey Lavrov və Ararat Mirzoyan arasında keçirilmiş görüşdə də bir sıra maraqlı məqamlar yaşandı”. 

Bunu açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Laçın dəhlizində qeyri-qanuni gediş-gəlişin qarşısının alınması üçün Rusiyanın üzərinə böyük məsuliyyət düşür:

“Rusiya əsas müttəfiqi kimi Ermənistana müdafiə qabiliyyətini gücləndirməyə, sərhədlərinin mühafizəsini təmin etməyə kömək edəcəyi ilə bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat üçün brifinqdə məlumat verdi. Bu xəbərlər davamlı olaraq regionda gərginlik müşahidə olunandan sonra Rusiya tərəfindən verilir və hazırda gərginliyin artırılmasına xidmət etməyi sonlandırır. Daha çox birgə yaşayış, sülh və gələcək inkişaf layihələri haqqında düşünməyin vaxtıdır. Çünki müxtəlif çətinliklər və problemlər regionu inkişafdan geri qoyub.

Eyni zamanda hazırda Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və etimad atmosferinin qurulmasına çox böyük ehtiyac var. Bu baxımdan Rusiya, eləcə də Avropa İttifaqı çərçivəsində keçirilmiş görüşlərə rəsmi Bakı böyük önəm verir və əsas məqsəd təhlükəsizlik mühitinin gücləndirilməsidir. Yalnız təhlükəsizliyin təmin olunması ziddiyətlərin, fikir ayrı-seçkiliklərinin aradan qaldırılması fonunda təhlükəsizlik arxitekturası möhkəmlənə bilər.

Sülhün dayanıqlılığını artırmaq üçün bir sıra təşəbbüslər həyata keçirilməlidir. Bu baxımdan nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunması ilə bağlı fikirlər 2020-ci ilin 10 noyabr tarixindən bu yana öz aktuallığını qoruyub. Lakin Ermənistana verilən vaxt çərçivəsində bu təşəbbüslərə müsbət cavab verilmədi. Azərbaycan və İran arasında imzalanan Anlaşma Memorandumu da göstərdi ki, Azərbaycan öz siyasi iradəsi və qətiyyəti sayəsində qarşıya qoyduğu hədəflərə çatmaqda maraqlıdır. Buna görə də hazırki durumda 10 noyabr bəyanatının digər maddələrinin icrasına böyük ehtiyac var.

İlk növbədə Laçın dəhlizində qeyri-qanuni gediş-gəlişin qarşısının alınması və üçtərəfli bəyanatən 4-cü maddəsinin (Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir- red.) implementasiyası xüsusi əhəmiyyət kəsb edir və bu xüsusda Rusiyanın da üzərinə böyük məsuliyyət düşür. Çünki sülhməramlıların məsuliyyət zonasında terrorçu dəstələrin hələ də qalması sülhə böyük təhdid yaradır və onların bölgəni tərk etməsi üçün şərait yaradılması sülhün daha da genişlənməsi üçün zəmin formalaşdırılmalıdır.

Bu baxımdan Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına çalışmalıdır. Etimad atmosferinin genişləndirilməsinə, birgə yaşayış haqqında olan fikirlərin daha da geniş vüsət almasına çalışmaq, təhlükəsizlik mühitini gücləndirməyə böyük ehtiyac var”.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistandan olan həmkarı Mirzoyanla görüşündən sonra brifinqdə bildirib ki, “Rusiya əsas müttəfiqi kimi Ermənistana müdafiə qabiliyyətini gücləndirməyə, sərhədlərinin mühafizəsini təmin etməyə kömək edəcək”./milli.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password