Hər şey Bakının planlaşdırdığı kimi gedir – Moskvadan Brüssel görüşü barədə…

 

“Əslində deməzdim ki, Avropanın Ermənistan-Azərbaycan müharibəsinin fəsadlarını aradan qaldırmaqla bağlı səyləri xüsusi fəallığı ilə seçilir. Hər halda prosesin moderatoru Rusiyadır”.

Bunu açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

O bildirib ki, Ermənistan siyasi elitası artıq məğlubiyyətlə barışıb:

“Avropa Ermənistan-Azərbaycan müharibəsinin fəsadlarını aradan qaldırması məsələsində deməzdim ki, “birinci skripka” rolunu oynayır. Sadəcə Qərb Azərbaycanın perspektivini və çox zəngin bir dövlət olduğunu çox yaxşı başa düşür. Çünki Avropa üçün Azərbaycan həm də qaz, neft nəqli üçün alternativ, mühüm dövlətdir. O baxımdan region da Avropa üçün vacibdir və bu regionda bir növ öz passiv siyasətini aparmağa məcburdur. Sözsüz ki, bu, Qərblə Rusiya arasında olan qarşıdurmanın bir təzahürüdür.

Düşünürəm ki, Rusiyanın artıq bu görüşlə bağlı rəsmi olaraq çox müsbət ismarıcları oldu. Rusiya bu görüşləri qısqanmır. İstər Kreml səviyyəsində, istərsə də müstəqil politoloqlar səviyyəsində Brüssel görüşü ilə bağlı hər hansı bir neqativi biz Rusiya mətbuatında müşahidə etmirik. Gəlin unutmayaq ki, Azərbaycanın Ermənistana təklif etdiyi 5 maddəlik sülh təklifiki var, həmin bəndlərin hamısı 10 noyabr üçtərəfli bəyanatında öz əksini tapıb: Yolların (kommunikasiya) açılması, sülh sazişinin imzalanması və bu bəyanatdan sonra, Moskva görüşündə (11 yanvar 2021-ci il), Soçi görüşündə (26 noyabr 2021-ci il) həmin müddəalar Moskvanın regiona baxışı ilə üst-üstə düşür. Ona görə mən düşünmürəm ki, bu müddəalar və ümumiyyətlə Avropanın təklifləri ilə toqquşsun.

İstənilən halda müharibənin fəsadlarının aradan qaldırılması yekun nəticə olaraq masada məhz Rusiyanın iştirakı ilə həllini tapa bilər. Rusiyada bu əminlik var, Rusiyada bu rıçaqlar var. Unutmayaq ki, regionda məhz Rusiya sülhməramlılarıdır. O baxımdan da düşünürəm ki, Avropa Rusiyanın atdığı addımlardan sonra addımlar atır. Artıq bu, aksiomadır ki, həm müharibə dövründə, həm müharibədən sonra Avropa prosesin autsayderinə çevrilmişdi ki, indi həmin Qərb çalışır ki, o boşluqları doldura bilsin, ən azından bu proseslərdə passiv bir oyunçu kimi görünməsin.

Deməzdim ki, Rusiya aktivliyi əldən verib və düşünmürəm ki, mənfi müdaxiləsi olacaq. Hər şey Azərbaycanın planlaşdırdığı şəkildə hissə-hissə həyata keçir. Ermənistan cəmiyyətində olan pessimizmə və ələlxüsus, Ermənistan elitasının pessimizminə nəzər salsanız görərsiniz ki, orada artıq məğlubiyyətlə barışmaq açıq-aşkar görünür”./milli.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password