Fransanın aparıcı şirkətlərinin nümayəndələri Azərbaycanda səfərdədir
Məlumata görə, nazir 2 illik fasilədən sonra “MEDEF International”ın böyük nümayəndə heyətinin Azərbaycana yenidən səfərinin ikitərəfli ticarət-iqtisadi əlaqələri intensivləşdirmək və şaxələndirmək baxımından mühüm əhəmiyyət daşıdığını ifadə edib.
Ölkəmizdə fəaliyyət göstərən bir çox xarici şirkətlər kimi Fransa şirkətlərinin də Azərbaycanın iqtisadi potensialı və sahibkarlar üçün yaradılmış əlverişli biznes mühitindən faydalanaraq uğurla fəaliyyət göstərdiklərini qeyd edən S.Şərifov vurğulayıb ki, fransalı sahibkarlar ölkəmizdəki sənaye zonalarında və aqroparklarda, eləcə də regionun investisiya üçün əlverişli biznes məkanı olan “Ələt Azad İqtisadi Zonası”nda fəaliyyət göstərməklə daha böyük iş imkanları qazanaraq region ölkələrinə məhsul və xidmət satışını genişləndirə bilərlər.
F.Qotye Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühitinin Fransa şirkətləri üçün geniş imkanlar açdığını vurğulayaraq ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində fikirlərini bölüşüb. O bildirib ki, rəqəmsal biznes, bərpa olunan enerji, şəhər infrastrukturu və xidmətləri, “ağıllı şəhərlər”, həmçinin kənd təsərrüfatı və ərzaq kimi sahələrdə qabaqcıl bilik və texnologiyalara malik 7 100-ə yaxın fransız şirkətinin təmsil olunduğu “MEDEF International”ın ölkəmizə bu dəfəki səfərinin məqsədi Azərbaycan iqtisadiyyatının post-pandemiya dövründə şaxələndirilməsi, habelə işğaldan azad edilmiş ərazilərin inkişafı və yenidən qurulması üzrə hökumətin müəyyənləşdirdiyi son prioritetlərlə yaxından tanış olmaqdır.
Görüşdə Fransanın Azərbaycandakı səfiri Zakari Gros da iştirak edib.