Brüssel görüşü zamanı Tovuza açılan atəş…

 

Brüssel görüşü Ermənistanla Azərbaycan arasında olan problemlərin həlli istiqamətində atılan növbəti addımdır. Hazırda Ukrayna müharibəsi gedir və yetəri qədər həll olunmalı məsələlər var. Qarabağla bağlı prosesin dalana dirənməsi və yenidən alovlanması ehtimalı AB-nin də təhlükəsizlik maraqları üçün ciddi risk təşkil etdiyindən, təşkilat mövcud boşluğu doldurmaq istəyir.

Bu sözləri Ankara Universitetinin professoru Toğrul İsmayıl ötən gün Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə baş tutan Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünü şərh edərkən deyib. Alimin sözlərinə görə, Azərbaycanın Avropadakı mövqelərini gücləndirən iki əsas məqam var:

“Birincisi odur ki, Azərbaycanın Ermənistandan fərqli olaraq, Ukrayna məsələsində doğru siyasət aparması onu daha da önə çıxarır. Ermənistan isə balansı qorumadan sözügedən məsələdə açıq və gizli şəkildə Rusiyaya dəstək verməklə yanlış siyasət yürüdür. İkinci məqam isə enerjidir. Bəhs etdiyimiz iki əsas faktor rəsmi Bakının əlini daha da gücləndirir. Enerji sahəsində göstərdiyi effektiv əməkdaşlığa görə Şarl Mişel də Azərbaycana öz təşəkkürünü bildirib. Azərbaycanın mövqelərinin güclənməsi dünənki görüşlə bağlı verilən bəyanatda da öz əksini tapıb. Belə ki, artıq tərəflər yekun sülh müqaviləsi üzərində işləmək, sərhədlərin delimitasiyası ilə bağlı işçi komissiya qurmaq və digər məsələlərlə bağlı razılıq əldə ediblər. Ümumiyyətlə isə Brüsseldəki görüş fonunda AB-nin Bakı və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində atdığı addımları müsbət qiymətləndirmək olar. Fikrimcə, AB Rusiyanı Cənubi Qafqazda sıxışdırmağa deyil, bölgədə öz rolunu artırmağa çalışır”.

Professor dünən Brüsseldə müzakirələrin aparılması ilə eyni vaxtda ölkəmizin sərhədlərinin Tovuz istiqamətində atəşə tutulmasından da bəhs edib:

“Paşinyan ordu içində struktur dəyişiklikləri etməsinə baxmayaraq, hələ də silahlı qüvvələrə tam şəkildə nəzarət etmir. Xüsusilə keçmiş hərbi birləşmələr müxtəlif formalarda Qarabağ klanına bağlı olduqlarını nümayiş etdirirlər. Hələlik Ermənistanda siyasi stabillik tam təmin edilmədiyi üçün hər cür provokasiyaları və təxribatları gözləmək mümkündür. Əslində Brüssel görüşü ilə eyni vaxtda Azərbaycan ərazisinin atəşə tutulması Paşinyana sərf etmədi. Çünki belə təxribatçı addımlar onun əlini zəiflədir. Sərhəddəki təxribatı Qarabağ klanının və Rusiyaya bağlı qüvvələrin ortalığı qarışdırmaq üçün törətdiyini düşünürəm”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password