Putin heç nəyə nail ola bilmədi, rus qoşunları geri çəkilir
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) rəsmiləri Rusiya ordusunun Ukraynanın Kiyev və Çerniqov vilayətindən tamamilə geri çəkildiyini açıqlayıb.
Bu barədə Pentaqonun sözçüsü Con Kirbinin açıqlamasında bildirilib.
“Rusiya qoşunlarının Kiyev və Çerniqov yaxınlığındakı bölgədən çıxarılması başa çatıb. Bu qüvvələr Belarus və Rusiyada yenidən qruplaşmaq üzrədir”, – Kirbi deyib.
Çıxarılan rus hərbçilərinin sayının 24 minə yaxın olduğu deyilib, eyni zamanda, Rusiya qüvvələrinin gələcəkdə geri qayıdıb-qayıtmayacağının indi mümkün olmadığı vurğulanıb. Amma Kirbi onu da söyləyib ki, Rusiya müharibədə irəliləyiş əldə etməyə çalışsa da, Ukrayna müharibədə qalib gələ bilər.
Rusiya lideri Vladimir Putinin strateji məqsədlərindən heç birinə nail ola bilmədiyinə diqqət çəkən Kirbi qeyd edib: “Yalnız əhalisi az olan mərkəzlərdə nəzarəti saxlaya bilər. O, Xarkovu da tuta bilmədi”.
Kirbi Ukraynanın güclü müqavimət göstərdiyini deyib: “Təbii ki, Ukrayna qalib gələ bilər. Putin nə Kiyevi ala, nə də hökuməti devirə bildi”./teleqraf.com