Çempionlar Liqası: 1/4 final mərhələsi İngiltərə klublarının qələbəsi ilə başlayıb
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
İlk oyun günündə iki qarşılaşma keçirilib.
İspaniyanın “Atletiko” (Madrid) klubu İngiltərədə “Mançester Siti”nin qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 70-ci dəqiqədə Kevin De Brüyne vurub.
Gecənin digər matçında İngiltərə “Liverpul”u Portuqaliyada “Benfika” ilə qarşılaşıb. Bu oyunda da İngiltərə təmsilçisi qalib gəlib – 3:1. Qonaqlardan 17-ci dəqiqədə İbrahima Konate, 34-cü dəqiqədə Sadio Mane və 87-ci dəqiqədə Luis Dias fərqlənib. Lissabon təmsilçisinin yeganə qoluna isə 49-cu dəqiqədə Darvin Nunyes imza atıb.
Komandalar arasında cavab görüşləri aprelin 13-də oynanılacaq.
Çempionlar Liqası, 1/4 final
İlk oyunlar
5 aprel
23:00. “Mançester Siti” (İngiltərə) – “Atletiko” Madrid (İspaniya) – 1:0
Qol: Kevin De Brüyne, 70
Baş hakim: İştvan Kovaç (Rumıniya)
23:00. “Benfika” (Portuqaliya) – “Liverpul” (İngiltərə) – 1:3
Qollar: Darvin Nunyes, 49 – İbrahima Konate, 17. Sadio Mane, 34. Luis Dias, 87
Baş hakim: Xesus Hil Mansano (İspaniya)
Qeyd edək ki, bu mərhələnin digər iki ilk oyunu aprelin 6-da gerçəkləşəcək.